İstirahət Zamanıdır!

0
943
İstirahət Zamanıdır!

Zamanla yaşadığımız stress və gərginliklər, emosional yorğunluq, hər bir şeydən qıcıqlanma hissi bizi çox yorur. Hətta bütün bunlar xroniki stress ilə nəticələnə bilər. Xroniki strees isə daha pisdir, çünki bu çəkinin artmasına, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu səbəbdən də stressi azaltmaq üçün mütəmadi olaraq dincəlmək lazımdır. Bu gün biz sizə dincəlmək üçün elmlə təsdiq edilmiş bir neçə üsul təqdim edəciyik.

Dünyanın ən rahatlıq gətirici mahnısına qulaq asın.

Mütəxəssislərin aşkar etdiyinə görə yorğunluq, depressiya zamanı Marconi Union-un musiqilərinə qulaq asmaq qadınlara dincəlmək üçün daha yaxşı kömək etmişdir. Bu musiqilər Enya, Motsart və Coldplay-in mahnılarından daha tez təsir göstərir. Fasiləsiz ritm beyin dalğalarının yaranmasına və ürək döyüntülərinin tezliyini musiqi ritmləri ilə bərabərləşdirir.

Komediya filmlərinə baxın.

Gülüş stresslə mübarizə aparmaq üçün sınanmış vasitədir. Həmçinin müəyyən edilmişdir ki, gülüş psixoloji stressin azaldılması üçün effektiv vasitədir.

Yoqa ilə məşğul olun.

Araşdırmalar sübut edir ki, yoqa ilə məşğul olan zaman müxtəlif hərəkətlərlə tənəffüsün idarə olunması əzələlərə rahatlıq gətirir, həyəcanı, depressiyanı və yorğunluğu azaldır. Aparılan araşdırmalara görə, yoqa diqqətin artırılmasına, qıcıqlanmanın azalmasına və həyata daha optimist baxmağa səbəb olur.

Şokolad yeyin.

Gün ərzində 40 qram şokolad yemək stressdən qurtulmağa, beyində endorfin kimi müsbət emosiyalar yaratmağa kömək edir.

Saqqız çeynəyin.

Araşdırmalar müəyyən etmişdir ki, dadından asılı olmayaraq saqqız stressin səviyyəsini azaldır və diqqəti artırır. Bu ona görə baş verir ki, ağız suyunun yaradılması kortizolun həcmini azaldır.

Mobil telefondan uzaqlaşın.

Əlbəttə ki, əgər işinizə görə telefon vacib deyilsə. Britaniya psixoloji cəmiyyətinin apardığı araşdırmaya görə, telefona tez-tez gələn bezdirici zənglər və SMS-lər insanda sözün əsl mənasında stress yaradır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN