Kağız haqqında

0
5821
Kağız haqqında

Salnamələrə əsasən kağız b.e. 105-ci ilində Tsay Lun tərəfindən Çində icad olunub.


Amma 1957-ci ildə Çinin şimalında, Şensi əyalətindəki Baotsya mağarasında yerləşən sərdabədə aparılan tədqiqatlar göstərdi ki, kağız ilk dəfə b.e. II əsrində hazırlanıb. VI-VIII əsrlərdə kağız Asiya ölkələrində də istehsal edilməyə başladı.

Çinlilər kağızı hind qamışı və tut ağacının alt qabığından hazırlamışlar. Sonralar VI – VIII yüzilliklərdə Yaponiyada, Hindistanda, Orta Asiyada və s. ölkələrdə ağac kötüklərindən, kətan və kəndirdən istifadə edərək kağız əldə etmişlər. Sonralar bu üsulu ərəblər öyrənib İrana, Şimalı Afrikaya, Kiprə, oradan da İspaniyaya və digər ölkələrə yaydılar. Avropaya kağız X – XII yüzilliklərdə gətirilmişdir. XV – XVI yüzilliklərdə kitab çapının ixtirası kağız istehsalının inkişafı üçün güclü təkan oldu. O vaxtlar "Roll" adlı üyüdən aparat icad edildi. XVIII əsrin axırında bu aparatların sayəsində küllü miqdarda kağız istehsal olundu. Lakin üyüdülmüş kağızın əl ilə boşaldılması bu prosesi ləngidirdi.

Müasir dövrdə 200-dən çox kağız növü vardır. Papirus kağızdan başlayaraq su, yağ, hərarət, elektrik cərəyanı keçirməyən və s. kağızlar mövcuddur.

1799-cu ildə Fransada Robber kağızhazırlama maşınını icad edərək hərəkət edən torun vasitəsilə kağızın boşaldılmasını avtomatlaşdırmaya çatdırdı. İngiltərəli Furdrinye qardaşları Robberdən patent alıb 1806-cı ildə kağız istehsalı maşınını patentləşdirdilər. XIX əsrin ortaları üçün kağız istehsalı aparatı tam avtomatlaşdırma dərəcəsinə çatdırıldı.

Azərbaycanda ilk kağız pullar Elxani dövründə buraxılmışdır.

Ən yaxşı kağız bitki liflərindən və köhnə parçalardan hazırlanır. Belə kağızlar çox möhkəm olur, 10 illərlə keyfiyyətini itirmir. XIX yüzilliyin yarısınadək kağızı əsasən, işlənmiş parçadan alardılar. Kimyanın inkişafı kağızı ağ və qonur oduncaq kütləsidən istehsal etməyə imkan yaratdı.
 

ŞƏRH YAZIN