Kalori itirmək üçün ...

0
2019
Kalori itirmək üçün ...

 Qorxu filmi izlə və oturduğun yerdə kalori itir. Bəli bəli, bu mümkündür. Edilən bir araşdırmaya görə qorxu filmi izləyərkən bədəndə baş verən reaksiyalar sayəsində, oturduğunuz yerdə kalori itirmək olur. 


Westminster Universitetində hüceyrə və psixologiya sahəsində mütəxəssis olan həkim Richard McKenzie vəziyyəti belə aydınlıq gətirir: "Qorxu filmi izlədiyimiz zamanı bədəndəki qan axışı sürətlənir, ürəyə daha çox qan vurulur, beləcə bədəndə adrenalin artır. Qısa davamlı stress anlarında, yəni qorxu filmi izlərkən qorxduğumuz anlarda artan bu ani adrenalin səviyyəsi iştahı kəsir,əsas metabolik prosesləri artırır. Qısacası bədənimizdə inkişaf edən bu bütün hadisələr əsnasında ciddi kalori itirilməsi reallaşır." Araşdırmanın tətbiq qisimində görüldüyü üzrə, ən məşhur qorxu filmlərindən biri olan "The Shining" izləyərkən yandıracağamız kalori sayı tam 184-dür. İşin maraqlı yanı bu qədər kalori yandırmaq üçün edilməsi lazım olan vaxt normalda 30 dəqiqəlik bir müddətdir. Bu araşdırmayla da, doxsan dəqiqə boyunca oturduğunuz yerdə film izləyərək kalori yandırmağımızın mümkün olduğu sübut edildi. 

İnsan ömrü 33 il artıq davam edə bilər!

Qaraciyərdə istehsal olunan aclıq hormonunun siçanlarda ömürü yüzdə 40% uzatdığı sübut edildi. İnsan üzərində bənzər nəticə alınarsa ömrün 22 ilə 33 il arası uzadılması planlaşdırılır. ABŞ-dakı UT Southwestern Tibb Mərkəzində edilən araşdırmada aclıq zamanı ifraz olunan hormonun ömürü uzatmağa təsiri yoxlanıldı. Araşdırmaya başçılıq edən molekulyar biologiya və farmakologiya üzrə professoru Dr. Steven Kliewer araşdırmanın nəticəsini "Siçanların aç qalmadan da bu hormonu ifraz etm'sini təmin etdik" deyərək yekunlaşdırdı. "Hormon fibroblast böyümə faktoru-21" adı verilən və qısaca FGF21 olaraq təyin olunan bu hormon bədən tərəfindən bir az çox ifraz olunduqda yaxşı bir pəhrizin təmin edəcəyi bütün yaxşı effektlərilə eyni olduğu müşahidə edildi. Bu hormonu ​​həddindən artıq iraz olunan erkək siçanların orta həyat müddətinin yüzdə 30, dişilərinsə yüzdə 40% uzatdığı açıqlandı. Adi insanlarda da bu araşdırma müsbət nəticə verərsə orta ömrün 22 ilə 33 il arasında uzadılacağı ABŞ-da iddia edilir.

ŞƏRH YAZIN