Kimlərin zəngin olma şansı daha çoxdur???

0
2471
Kimlərin zəngin olma şansı daha çoxdur???

 Sən demə, gənc ikən xoşbəxtliyi qazanan və həyatlarından olduqca məmnun olan insanlar çox zəngin olur. İnanmırsınız?


Öncə onu qeyd edək ki, bu maraqlı faktı London universitetinin alimləriaşkarlayıb. Alimlər müəyyən ediblər ki, 22 yaşında 2 min dollar qazanan xoşbəxtlərin gəliri 29 yaşında 8 min dollara yüksəlir.

Araşdırmalar buna birbaşa aydınlıq gətirməsə də, xoşbəxt yeniyetmələrin ali təhsilə marağının yüksək olduğunu müəyyən edib. Bu, hətta bacı-qardaşlar arasında da özünü büruzə verir. Belə ki, uşaqlar arasında ən xoşbəxti daha firavan həyat sürür.

16, 18 və 22 yaşlı 10 min gənc arasında aparılan araşdırmalardan məlum olub ki, xoşbəxt insanlar daha yaxşı ailə qururlar. Bu isə, öz növbəsində, ictimaiyyətlərə müsbət təsir bağışlayır.

ŞƏRH YAZIN