Kişi Corabları Da ...

0
3803
Kişi Corabları Da ...

Xasiyyəti bəlli edən bir çox şeydən danışmışıq. Amma bu dəfə kişi corablarından danışacağıq. Bəli bəli, yanlış oxumamısınız. Kişi corabları da kişinin xasiyyətini ələ verir. Demək, siz də corab vasitəsilə tanıdığınız oğlanın xasiyyətini öyrənə bilərsiniz. Bunun üçün onun corabının formasını bilməyiniz kifayətdir.

Naxışlı corab:

Əgər tanışınız olan oğlan naxışlı corab geyinirsə o, şəndir. Özünü sizin yanınızda nə qədər sakit, başıaşağı göstərsə də kənarda elə deyil. O, insanlarla tez münasibət qurmağı, onları ələ almağı bacarır. Belələri öz qadınlarına sadiq olmurlar. Ancaq onları həmişə xoşbəxt edirlər. Onu hər kəs sevir, qadınlar onun üçün dəli olurlar. Onlarla münasibət qurmaq, birlikdə yaşamaq nə qədər asan olsa da, onların həyatında yeganə qadın olmaq bir o qədər çətindir.
 
Heyvan şəkilli corablar:
 
Bəzən corablarında fil, it, şaxta baba rəsmi olan oğlanlara da rast gəlinir. Əgər tanıdığınız oğlan belə corab geyinibsə, ondan uzaq durmağa çalışın. Çünki onlar sizi heç vaxt xoşbəxt etməyəcəklər. Belələri yaxşı ailə başçısı, sevgili ola bilmirlər. Həm də çox pintidirlər. Bütün qərarlarını analarının istəyi ilə verirlər. Hətta geyinəcəkləri paltarlar üçün belə analarından icazə alırlar.
 
İdman stilli corablar:
 
Əgər oğlan idman stilli corablara üstünlük verirsə, deməli o, vaxtının çox hissəsini öz sağlamlığının qeydinə qalmağa sərf edir. Onlar qaydalara riayət etməyi sevirlər və qarşılarındakı insandan da bunu tələb edirlər. Belə oğlanlar ciddi, onları başa düşən, hər işlərinə qarışmayan qadınları sevirlər.
 
Qara (sadə) corab:
 
Əgər oğlanın geyindiyi qara corab keyfiyyətsizdirsə, demək o, əsl konservatordur. Yeni fikirləri qəbul etmir. Yox, əgər bu qara corablar firma malıdırsa, onda həmin oğlan öz imicinə fikir verəndir. Bahalı geyimi sevir, təmizkardır.
 
Ağ corab:
 
Oğlanın ağappaq, qar kimi təmiz corabına aldanmayın. Belələri özlərini nə qədər təmizkar göstərməyə çalışsalar da çox pintidirlər.
 
Cırıq corab:
 
Corabında cırıq var? Belə oğlanlar həmişə qadın nəvazişinə ehtiyac duyurlar. Ona mehriban münasibət göstərmək, paltarlarını ütüləyib, səliqə ilə yığmaq kifayətdir. Bununla siz onu qısa bir vaxt ərzində istədiyiniz kimi ələ alacağınıza əmin olun. O, sizi «ovucunun içi»ndə saxlayacaq.
 
Düyünlü corab:
 
Əgər tanıdığınız oğlan corablarını düyünləyib, evin bir küncünə atırsa, onun sirli həyatı var. Siz heç vaxt onun xasiyyətini tam olaraq bilməyəcəksiz. Başladığı bütün işləri sona çatdırmağı sevir. Heç bir işi yarımçıq qoymur. Həm də o, vaxtını boş keçirməyi sevmir.
 
Səliqəli, qatlanmış corablar:
 
Sevgiliniz və ya həyat yoldaşınız corablarını səliqə ilə qatlayıb, dolabına qoyur? Bu sizə çox xoş görünə bilər. Ancaq onun xasiyyətini öyrəndikdə buna heç də sevinməyəcəksiniz. Belə oğlanlar «anauşağı»dırlar. Belələrini səhər anaları işə yola salır, ciblərinə pul qoyur. Axşam işdən qayıtdıqdan sonra isə qazandıqları pulu son qəpiyinə kimi analarına verirlər. Evləndikdən sonra da həyat yoldaşları ilə yox, anaları ilə məsləhətləşirlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN