Kişilər daha bacarıqlıdır

0
1724
Kişilər daha bacarıqlıdır

 Sizcə kişilrə hansı məsələlərdə qadınlardan bir puillə önə keçə bilər??? Ağlınıza bir şey gəlmir, eləmi? O zaman biz deyək... 


Sən demə kişilər qadınlardan daha bacarıqlı imiş.

İsveçin Stockholm Universitetinin professoru Timo Mantyla qrupu ilə maraqlı bir araşdırma aparıb. Araşdırma nəticəsində bəlli olub ki, kişilər qadınlardan daha bacarıqlı olur. Belə ki, eyni anda onlar bir neçə işi daha yaxşı yerinə yetirir. 

Araşdırmanı aparan qrup müəyyən edib ki, iki eyni vaxtda görmək üçün 2 faktor əsas götürülür. Bunlardan birincisi məkan, digəri isə zamandır.

Kişilər üçün hansı məkanda olması və həmin məkanın hansı vəziyyətdə olmasının elədə böyük bir mənası yoxdur. Yəni, qadınlar ətrafın təmiz olmasına fikir verir və çirkli məkanlarda iş görə bilmir. Buna görə kişilər qadınlardan daha faydalı ola bilər. 

20-43 yaşında olan insanlar arasında aparılan sorğuda 160 nəfər iştirak edib. Anketə qatılan qadınlardan menstruasiya dönəminin nə vaxt olduğunu və həmin vaxt nələr yaşadığını soruşublar. 

Daha sonra iştirakçılara 3 fərqli sürətdə və vaxtda işləyən saata baxmaqlarıını istəyiblər. Baxdıqdan sonra yadlarında qalan zamanı qeyd etməyi xahiş ediblər. 

Bununla bərabər onlar iştirakçılara kompyuterdə bir neçə İsveç adlarını qeyd etməyi tapşırıblar.

Amerikanın “Psychological Science” jurnalında nəşr olunan araşdırma, kişilərin enyi vaxtda bir neçə iş görmə qabiliyyətinin daha yüksək olduğu açıqlanıb.

Həmçinin qadınların iş görmə qabiliyətinin ən çox menstruasiya vaxtı aşağı düşdüyü məlum olub. Digər vaxtlar da isə qadınlar daha aktiv və fəal olur. 

Dolaysı ilə menstruasiyanın qadınların həyatna təsir etdiyi və iş qabiliyyətini aşağı düşürdüyü ortaya çıxıb.

ŞƏRH YAZIN