Kitab oxu, həbsdə az yat.

0
2196
Kitab oxu, həbsdə az yat.

İtaliyanın cənubunda Calabriya bölgəsində yerləşən və Avropanın ən böyük həbsxanalarından biri sayılan islah koloniyasında qəribə bir metod tətbiq olunacaq.

 
Bu həbsxanada olan məhkumlar hər oxuduğu kitaba görə 3 gün həbs endirimi qazanacaq.  Cəza endirimi yalnız 6 aydan çox həbs cəzası alanlara tətbiq olunacaq və endirim ildə 48 günlə məhdudlaşdırılacaq.  Beləcə, bu endirimlərdən yararlanmaq istəyənlər ildə 16 kitab oxumalıdır.  
 
Məhkumların kitab oxuyurmuş kimi davranmalarının qarşısını almaq üçünsə həbsxanada təhsilli işçilər məhkumlarla oxuduğu kitab haqqında söhbətlər edəcək.
 

ŞƏRH YAZIN