Məşhur Alimin Maraqlı Vərdişləri

0
6748
Məşhur Alimin Maraqlı Vərdişləri

O,elmə çoxlu yeniliklər gətirməsi ilə məşhurlaşıb. Tarixin ən məşhur alimlərindən biri olan Albert Eynşteyni tanıdan yalnız yenilikləri deyil, həm də özünün yaxşı qulluq olunmuş bığları idi. Çox az adam bilir ki, o, insan huquqları müdafiəçisi olub. Maraqlı olanı da budur ki, məşhur dahi heç vaxt corab geyməyib.

Məşhur alimin niyə corab geyməməsi, yəqin ki hər kəsi maraqlandırır. Məlum olanı budur ki, alim ikinci arvadı Elzanın vəfatından sonra öz geyiminə, ümumiyyətlə fikir verməyib. Halbuki, alim gənc yaşlarında öz xarici görünüşündə çox diqqətli və səliqəli idi. Deyilənlərə görə, onun öz xarici görkəminə bu cür diqqət yetirməsinə əsas səbəb, istəklisi Elza imiş.
 
İkinci arvadı Elzanın vəfatından sonra alimə Prinston Universitetinin fəxri professoru adı verilir və o, təqaüdçü müəllim kimi çalışmağa başlayır. Boş vaxtlarında daim universitetin həyətində özü üçün gəzişərmiş. Bu zaman o, səliqəli və yaraşıqlı olmayan, özü üçün rahat olan nimdaş paltarlar geyərmiş. 

Enli, düyməsiz, həddən artıq uzun köynəkdə, ayağı corabsız və çox köhnə sandallar geymiş alimi universitetin həyətində boş-boş veyillənən görən müəllim və tələbələr mat-məəttəl qalırdılar. Çünki, dünya şöhrətli dahinin bu görkəmdə universitetin həyətində gəzməsinə təəccüb edirdilər. Dahi alim isə, tələbələrin və müəllimlərin təəccüblənməsinə əhəmiyyət verməzmiş. 
 
Həmin dövrlər A.Eynşteynin öz görkəminə fikir verməyə nə vaxtı, nə də hövsələsi vardı. Çünki, həmin dövrlər dahi alim rasizmə qarşı mübarizəyə qoşulmuş, insan hüquqları və azadlıqlarını müdafiə edən ən fəal mübarizlərdən idi. Dahi alim ömrünün sonraki illərini rasizmə qarşı və insan hüquqları və azadlıqlarını müdafiəyə həsr edib.

Dahi alimi yaxından tanıyanların şahidliyinə görə, istər gənclik illərində, istərsə də yaşlı dövrlərində A. Eynşteyn çox nadir hallarda corab geyinirmiş və tez də onu soyunarmış.
 
 
Korrektor:Əhmədova Sevinc
 

 

ŞƏRH YAZIN