Mişel Monten sözləri

0
5061
Mişel Monten sözləri

 Dünyaya gəldiyiniz gün bir tərəfdən yaşamağa, bir tərəfdən ölməyə başlarsınız.


Bütün günlər ölümə doğru gedir; son gün ona çatır.

Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır.

Eşq utanma və çəkinmənin olduğu yerdə vardır.

Avaraçılıq ən böyük istedadı da məhv edir.

Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.

İgidlik cəsarət və iradədən doğur.

Qorxu-qəddarlığın anasıdır.

Kim şöhrətpərəstlik xəstəliynə tutulmişsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir.

Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.

Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilər.

Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.

İnsanlar başaqlara bənzərlər. İçləri boşkən başları havadadır, dolduqca əyilərlər.

Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz.

Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram.

Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir.

Başqalarına olduğu qədər özümüzə də yadıq.

ŞƏRH YAZIN