Narın narın yağan yağış ...

0
4779
Narın narın yağan yağış ...

 Yağışı hər kəs sevməsə də çox insan sevər. Bəs yaağışla bağlı nə bilirsiniz? Məsələn yağış qoxusu ilə bağlı... 


Yağış yağarkən ətrafı çox gözəl ətir bürüyür. Əslində gələn bu ətir yağışın damlalarından ətrafa yayılmır, bu yağışın təsirindən qeosmin maddəsindən ayrılan siano və antibakteriyaların ətridir.
Para şəhərinin əhalisi saatı televizor vasitəsilə deyil, yağışın köməyi ilə ölçürlər. Maraqlıdır ki, orada yağış hər gün eyni vaxtda yağır.

Portuqaliyada yağış yağan günlərdə tam qanuni və heç bir danlaq almadan işdən qala bilmək imkanı var.

Amerika radistansiyasının sahibinin bir gün bəxti gətirmir, və o güclü yağışa düşür. Bu hadisədən sonra o günlük efir vaxtına yeni rubrika əlavə etdi, və bu rubrika zamanı günlük hava proqnozları verilməyə başladı
 
Yağış haqda növbəti maraqlı fakt kimi Ugandadakı hadisələri də bildirmək olar. Oranın əhalisi gün ərzində baş verən şimşək və leysanlara fikir vermir, çünki ilin 250 günündə bu hadisələr o ərazidə müşəhidə olunur.

Cənubi-afrika Botsvaniyada nəmişliyin çatışmamazlıq səbəbindən əhali bir-biri ilə salamlaşarkən "pula" deyərək əl uzadır, bu isə tərcümədə yağış mənasını verir. Bizlərdə insan bir-birinə sağılamlıq diləyərkən, onlar bir-birinə yağış diləyir.

Taylandda yağış altına yalnız gecə vaxtda düşmək olar. Böyük Britaniyada 17-ci əsrdə qəbul edilmiş qanuna görə proqnozu səhv verən sinoptikə hətta ölüm hökmü verirdilər.

Səhralarda yağışın yağmaması barədə deyilən fikirlər doğru deyil.Əslində yağış yağır, lakin havanın istiliyindən yağış damlaları buxarlanır. Səhra yeganə məkandır ki, yağışın altında durub islanmamaq mümkündür, çünki buxarlanma səbəbindən yağış torpaq dərəcəsinə gəlib çatmır.
Artıq 100ilə yaxındır ki ABŞ-ın Oqayo ştatında hər il eyni gündə yağış yağır - 29 iyul. Bu hadisəni heç bir metereoloq izah edə bilməyib bu anadək.

Müasir elm sayəsində süni yağış yağdırmaq mümkündü. Təyyarə vasitəsilə buludlar üzərinə muzlar yerləşdirilir, buludların arasında buzlar kimyəvi reaksiyalar sayəsində qar dənəciklərinə dönür. Və yer üzünə yağdıqca hərarətdən asılı olaraq yağışa çevrilir. Bu vasitə ilə quruluqdan qurtulmaq mümkündür.

Elə insanlar var ki, yağışa qarşı onlarda allergiyası vardır, yağış damlasının dəriyə düşməyi ilə dəridə qızartılar yaranır. Həmin insan yağış altında tam islanarsa nəticə letal ola bilər (ölümlə nəticələnər).

Maraqlı faktlar kimi Qopalhanj şəhərində baş vermiş hadisəni də qeyd etmək olar.14 aprel 1986-cı ildə insanların üzərinə müxtəlif ölçüdə daşlar yağaraq 92 nəfərin ölümünə səbəb oldu.

ŞƏRH YAZIN