Ölülər yuxumuza niyə girir?

0
5811
Ölülər yuxumuza niyə girir?

Orta əsrlərin məşhur həkimi olan Paraçels bu dünyadan köçən insanların yuxumuza girərək verdiyi tövsiyyələrə diqqətlə qulaq asmağı məsləhət görür. 


Yuxuya gedən insanlar ölən şəxslərdən çox dəyərli məsləhətlər ala bilərlər. Bunu hələ keçmiş əsrin astroloqları da deyirdi.
 
Bəlkə də bu ona görə belədir ki, ölən insan haqqındakı düşüncələr bizə çox yaxındır və beynin yatmış hissələrindən həyat biliklərinə sövq edir.
 
Bəzən deyirlər ki, əgər yuxuda ölən insanı gördünsə bu havanın dəyişilməsinə bir siqnaldır.
 
Dünyasını dəyişən yaxın dostunun səsinin yuxuda eşidilməsi pis hadisə baş verəcəyindən xəbər verir.
 
Əgər insan ölüm haqqında yuxu görürsə, bu hansısa hadisədən xəbərdarlıq edildiyinə işarədir.
 
Əgər insan dünyasını dəyişmiş atasını yuxuda görürsə, bu o deməkdir ki həmin şəxs qurduğu planları diqqətlə nəzərdən keçirməlidir.
 
Əgər insan yuxuda dünyasını dəyişmiş anasıyla söhbət edirsə, bu o deməkdir ki, həmin insan sağlamlığına diqqət yetirməlidir. Eyni zamanda, öz vərdişlərinə kənardan baxmalıdır.
 
Rəhmətə gedən qardaşı yuxuda görmək isə kiməsə qayğının, dəstək və şəfqətin ehtiyacı olduğuna işarədir.

 
 
 
 
 

ŞƏRH YAZIN