Onların Sirri Nədir?

0
4110
Onların Sirri Nədir?

Hər qadının heç kimlə paylaşmaq istəmədiyi sirləri mütləq var! O sirlər ki, münasibəti, ailədə harmoniya və qarşılıqlı anlaşmanın sabitliyini qoruyur. Sirr də demək olmaz, bir növ gizli fəndlər desək, daha dəqiq olar, amma araşdırılmış 7 həqiqi sirr var ki, sizin həyatınızı yaxşı mənada dəyişdirə bilər.

I. Gözləntiləri dilə gətir. Sənin kişin sehirbaz deyil ki, sənin ondan nə gözlədiyini nöqtəsinə kimi anlasın, sənin ondan nə səbəbə küsdüyünü anlaya bilmədiyi kimi.
 
II. Rəfiqələrini ona sevdirməyə çalışma. Əgər o sizinlə mətbəxdə çay içmək istəmirsə, daha da yaxşı. Ayrı-ayrı dostların olması da pis deyil, axı şən rəfiqələrin ilə maraqlı vaxt keçirməyin ziyanı olmaz, yoldaşının dostları arasında darıxmaqdan isə onsuz da qaça bilməzsən.
 
III. Tez-tez qucaqlaşın. Bəzən bir sarılma sözlərin dediyindən də çoxunu ifadə edir. Hətta sarılmaq nəinki doğmalaşdırır, həm də sevildiyini və başa düşüldüyünü bildirərək mənəvi sakitlik verir və əmin edir.
 
IV. Yatmaq vaxtına yaxın araşdırmalar aparmağa cəhd etmə. Birincisi, bunun nəticəsində, günün gözəl keçməsinə baxmayaraq o, bu sonluqla yadda qalacaq. İkincisi isə,"gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır".
 
V. Keçmişi qurdalama. Hər kəs münasibətlərində gərginlik yaşayıb. Əgər o səhv edib və sən onu bağışlamısansa...vəssəlam, onun alçaq, özünün isə səxavətli olduğunu xatırlatmağa ehtiyac yoxdur.
 
VI. Birlikdə vaxt keçirin. Çalış, sevdiyin üçün həmişə zamanın olsun. Sizin nə ilə məşğul olmağınız önəmli deyil, sevişmək də olsa, gül əkmək də olsa . Əsas odur ki, birlikdə edirsiniz.
 
VII. Minnətdarlığını gizlətmə. O sənin xahişini yerinə yetirdi? Səmimicəsinə ona minnətdarlığını bildir və gələn dəfə daha artığını görərsən. Ona tez-tez, ürəkdən "təşəkkur edirəm" de. Bunu demək üçün səbəb tapılar.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN