Onore de Balzak aforizmləri

0
8573
Onore de Balzak aforizmləri

 Dünəni unutmalı, bu günü yaşamalısınız. Çünki dünən ilə bu gün arasında bir döyüş çıxarsa; sabahı itirərsiniz!


Eşq, böyükdür amma sonsuz deyil.

Yuxunun öhdəsindən gələ bilmədiyi heç bir acı yoxdur.

Vicdan, hər kəsin qonşusunu döymək üçün götürdüyü lakin əsla özünə qarşı istifadə etmədiyi çubuqlara bənzər.

Gözəllik, çox vaxt qüsurları gizləyən bir örtükdür.

Fəlakətin bir yaxşılığı varsa həqiqi dostlarımızı tanıtmasıdır.

İlk eşq peyvənd kimidir. İnsanın ikincidə xəstələnməsini önləyər.

Nə etsən et, necə yaşasan yaşa, amma gülə bilmək üçün birini ağlatma və mənfəətlərin üçün heç kimi satma.

Dürüstlük bahalı bir mülkdür, ucuz insanlarda tapılmaz.

Sevgi; sevdiyin adamın xoşbəxt olduğunu gördükcə, Onun xoşbəxtliyi ilə xoşbəxt ola bilmə sənətidir.

Ehtiras və tamah başladığı nöqtədə saf duyğular sona çatar.

İnsan acıdıqlarını sevər.

Bütün bədbəxtliklər qardaşdır; eyni dildə danışarlar.

Sevmək, bir başqasının həyatını yaşamaqdır.

İztirab sonsuzdur, sevincin hüdudları vardır.

Bir sirri davamlı surətdə saxlamaq insanın ruhunu ən çox yetkinləşdirən şeydir.

Yaxşı bir şöhrət sahibi olmağınız sizin üçün bir vəsiqədir.

Şöhrət, uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdınızmı bir dağ təpəsi kimi soyuqdur.

İnsan ya ağrılarını unutmalı, ya da öz məzarını qazmağı bilməlidir.

Duyğunun yanında ağıl daim adi qalar.

Qadının ağlı cibində deyil, başında olmalıdır.

Bir ana ürəyi, dibində daim əfv olan bir uçurumdur.

Savadın sahibi olmaq üçün çalışmağın xidmətçisi olmaq şərtdir.

Gözləməyi bilənin hər şey ayağına gəlir.

Yoxsulluğun hökm sürdüyü yerdə nə utanma qalır, nə cinayət, nə namus, nə də ruh.

ŞƏRH YAZIN