Paulo Koelyo fəlsəfəsi

0
6906
Paulo Koelyo fəlsəfəsi

 * Həyatımızdakı ən əhəmiyyətli şeylərin bir anda yox olub getdiyini görmənin ağrısından neçəmiz qurtulacaq? Yalnız bizim üçün çox əhəmiyyətli olan insanlardan deyil,düşüncələrimiz və xəyallarımızdan danışıramm. Bir gün, bir həftə, bir neçə il daha dözə bilərik, amma əvvəl axır itirməyə məcburuq. Bədənimiz sağ qalar, amma ruhumuz gec-tez ölümcül zərbəni alacaqdır... Ən qüsursuz cinayət budur. Həyata sevincimizi kimlərin öldürdüyünü, bunu hansı məqsədlə etdiklərini, günahkarların harada olacağını bilmirik. 


* Bəzən insanlar qəbahətli olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşıdakı sussun deyə üzr istəyərlər.

* Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil.

* Gözəl qadınlar eşqlə axmaqllaşır. Amma həm ağıllı, həm gözəl qadınlar,aşiqkən də ağıllıdır. Bax buna görə həmişə tək qalar.

* Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur.

* Budağında şübhə etdiyin ağacın, kölgəsində dicəlməyəcəksən!

* Biz insanların iki problemi var? Birincisi nə vaxt başlamaq lazım olduğunu, ikincisi isə nə vaxt dayanacağını bilməmək. 

* Bu gün cəsarət etmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən. 

* Gerçək sən, içindəki sən, başqalarının biçimləndirmədiyi səndir. 

* Qadın psixologiyası üzərinə 35 il oxumağıma baxmayaraq, bir suala cavab tapa bilmədim. Bu qadınlar həqiqətən nə istəyir...

* İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər. Qazanan həmişə bəhanə olar.

* Bir uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi üç şey var: Səbəbsiz yerə xoşbəxt olmaq, hər zaman məşğul ola biləcək bir şey tapmaq və əldə etmək istədiyi şeyə var gücü ilə çalışmaq.

* Bir şey bir insanın başına bir dəfə gəlirsə, ikincisi olmaz amma iki dəfə gəlmişsə mütləq üçüncüsü də olacaq.

* Cəsur ol. Risk al.Heç bir şey təcrübənin yerini tuta bilməz.

* Gözləmək acı vericidir.Unutmaq da elə... Amma hansını seçəcəyini bilməmək ağrıların ən pisidir.

* Həyatdakı ən qeyri-adi şeylər əslində ən sadə görünənlərdir.

* Əgər birini sevirsinizsə, onu azad buraxmağa hazırlıqlı olmalısınız.

* Həyatın hər anında bir ayağımız bir pəri nağılının içində, digəri də uçurumun kənarındadır.

ŞƏRH YAZIN