Pişikləri tanıyaq!

0
3017
Pişikləri tanıyaq!

 Bir çox evin balaca sakinləri pişiklər... çox sevimli, istiqanlı, şən və bir o qədər də əyləncəli heyvan olan pişikləri gəlin daha yaxından tanıyaq.


1 - Pişiklər süd sevər : Məcbur olmadıqca heç bir pişik, ana südündən kəsildikdən sonra inək südü içmək istəməz, çünki içindəki laktoz nisbəti çox yüksəkdir və onların həzminə uyğun deyil, amma aç və susuz isə nə etsin, önünə başqa bir şey qoyulmazsa məcbur olaraq içəcək, ancaq hər qurtum inək südü pişiklərdə ciddi həzm problemlərinə gətirib çıxarır. Çox pişik əslində su içməyi seçir.

2 - Pişiklər siçan yeyər : Hərhalda bu da Tom və Jerrynin yaradıcılarının bir fantaziyası olaraq həyatımıza yerləşmiş bir vəziyyət; pişiklər, siçanlarla oynamağı və oynayarkən onları öldürməyi sevərlər. Bu, ana menyuda siçan seçdikləri mənasını verməz. Pişiklər onun yerinə, əgər tuta bilsələr dovşan, soxulcan və çəyirtkələri yeməyi seçərlər. Çox çətin vəziyyətdə qalmadıqca siçan yeməzlər.

3 - Pişiklər yuyunmağı sevməzlər :Bir çox pişik cinsi, suyu çox sevər. Pişiklərin sevmədiyi şey, insanların onları suya girməyə məcbur etməsidir

4 - Pişiklərin mırıldanması keflərinin yerində olduğunu göstərər : Buyurun bu da bir səhv inanış, pişiklər qorxduqlarında ya da bir yerləri ağrıdığında da mırıldanarlar . Mırıldanmanın mənası əslində: "Heey sən, hər kimsənsə, mənim adım pişik, mənə bir az daha əlaqə göstərərsənmi ?" deməkdir. Məsələn yeni doğulmuş və daha gözləri açılmamış pişiklər də analarının özlərini tapması üçün mırıldanaraq ona səslənərlər.

5 - Pişiklər qaranlıqda yaxşı görə bilərlər : Pişiklər qaranlıqda biz insanlar nə qədər yaxşı görürüksə o qədər görə bilər. Ancaq pişiklərin retinalarının arxasında, Tapetum Licidum adı verilən bir retina vardır. Bu təbəqə gələn işığı əks etdirər. Beləcə işıq retinaya öndən və arxadan olmaq üzrə iki dəfə əks olunar, və daha təsirli şəkildə iş görmüş olar. Buna əlavədən retinalarında uvuladan (rəngləri görmələri təmin edici) daha çox qəbuledici (görmə qüvvətini artırıcı) vardır. Beləcə alaqaranlıqda nisbi olaraq daha yaxşı görə bilərlər.

6 - Qabağınızdan qara pişik keçməsi uğursuzluq gətirər : Eh yəni insaf, bu qədər səhv olarmış?Bir yuxarı qoyduğum şəkilə baxın,sizcə elə məsum pişiklər insana uğursuzluq gətirə bilərmi?

ŞƏRH YAZIN