Pul əl çirkidir

0
1332
Pul əl çirkidir

Kağız pulda 26 min bakteriya aşkar edilib. Bunu Oxford Universitetinin elm adamları kəşf edib. Bəzi ölkələrdə təcrübə aparan alimlər belə nəticəyə gəliblər ki, ən çirkli pullar Danimarkadadır.

Alimlər Avropanın 15 ölkəsinin pul vahidlərinin üzərində nə qədər çirk olduğunu yoxlamaq üçün araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, Avropadakı banknotların üzərində orta hesabla 26 mindən çox, ən təmiz və ən yeni pullarda isə 2.400 bakteriya olur. Məlumatlara görə, Danimarkada istifadə edilən banknotlar çirklilikdə liderdir. Belə ki, bu ölkənin baknotları üzərində 40 mindən çox bakteriya daşıyır. İsveçrədə istifadə edilən banknotların üzərində 32 mindən, Rusiya istifadə olunan banknotların üzərində isə 30 mindən çox bakteriya mövcuddur. İtaliya, Almaniya, Fransa, Avstriya, Belçika, Hollandiya, İspaniyada istifadə edilən pullar isə, saxladığı 11 mindən çox bakteriya ilə siyahının aşağı sıralarında yer alıblar. Araşdırmada qeyd olunur ki, bu bakteriyalar arasında tənəffüs və sidik yolunda infeksiyaya səbəb olan bakteriyalar da mövcuddur. Bu araşdırma “pul əl çirkidir” atalar sözünü bir daha təsdiq edir. Hər halda bir çox problemlərin də həlli məhz bu çirkli vasitədir.

 

ŞƏRH YAZIN