Qadınlar Daha Ağıllıdır Yoxsa Kişilər?

0
2985
Qadınlar Daha Ağıllıdır Yoxsa Kişilər?

Son tətqiqatlar qadınların məntiq testlərində kişiləri geridə qoyduğunu göstərir. Qadın və kişi beyni fərqli qabiliyyətlərə sahibdirlər. Qadın dil öyrənməkdə daha qabiliyyətlidirsə, kişi riyaziyyatda daha uğurludur. 

İQ testinin 100 illik tarixində qadınlar kişiləri ilk dəfə geridə qoydu. Edilən son testlər qadınların kişilərdən 5 bal daha məntiqli olduğunu ortaya çıxartdı. Tədqiqatçı James Flynn Qərbi Avropa, ABŞ, Kanada, Yeni Zellandiya, Argentina və Estoniya üzərində etdiyi tədqiqatın nəticələrini "modern həyatın əlaməti" olaraq açıqladı. Qadının iş və ev həyatını birlikdə icra etməsinin beynini inkişaf etdirdiyini söylədi. Neyro-bioloq Prof. Donald W. Pfaff isə illərdir davam edən işlərin nəticəsində qadınların və kişilərin fərqli şəkildə düşünüb hiss etdiklərini ifadə etdi.   

Qadın və kişi beyni bir-birindən fərqlidirmi? Qadınlar bir şey dediklərində kişilərin başqa bir şey anladığından, ya da daha da pisi heç bir şey anlamadığından şikayət edirlər. Əslində, bu mövzuda kişiləri çox günahlandırmamaq lazımdır, çünki bu vəziyyət onların zehninin fərqli işləməsindən qaynaqlanır. Kişi və qadın beyninin həm ölçüləri, həm də xüsusiyyətləri fərqlidir. Bu səbəblə, yoldaşınız və ya sevgiliniz fərqli şeylər anladığında onlara qəzəblənməyin, beyninin necə işlədiyini anlamağa çalışın. 

İki beyin arasında nə kimi fərqlər var? Kişi beyni qadın beyninə görə riyaziyyatda daha yaxşıdır, amma bir problemə, ya da obyektə qadından fərqli baxa bilir. Qorxu, eşqə düşmək, həddindən artıq ac olma və arzu etmə kimi bir çox duyğunun mərkəzi olan limbik sistemdəki hipotalamusun kişilərdə daha böyük olması onların seksə və şiddətə daha həssas olmalarına səbəb olur. 

Qadınlar daha ağıllıdır, yoxsa kişilərmi? İki beyin arasında sadəcə ağırlıq fərqi var. Qadın beyni kişi beyninə görə daha yüngüldür. Ağıl olaraq hər hansı bir fərq yoxdur. Ağılı müəyyənləşdirən genetik və ətraf mühit faktorlarıdır.   

Qadın və kişi beyinlərinin qabiliyyətləri fərqlidirmi? Qadın ana dilini 10 min sözdən daha çox söz istifadə edərək danışır. Çox kişilər isə, dili 3 min sözlə məhdudlaşdırırlar. Bu səbəblə, qadın xarici dil öyrənməkdə daha qabiliyyətlidir. Sənət və sosial hadisələrdə daha yaradıcıdır, amma istiqamət tapmaqda və iki maşın arasına park etməkdə kişi qədər qabiliyyətli deyil. Kişi riyaziyyatda qabiliyyətlidir. 
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN