Rənglər Müalicə Edir

0
2806
Rənglər Müalicə Edir

Psixoloqların dediyinə görə rənglər xəstəlikləri müalicə etmək qabiliyyətinə malikdir. Bəli bəli. Maddələr mübadiləsinin sağlam bir şəkildə işini təmin etmək üçün rənglərin enerjilərindən faydalanılaraq edilən rəng müalicəsi, bir çox xəstəliyin müalicəsində də istifadə edir. 
Yalnız rəngli geyinmək və ya evinizi o rənglərlə dekorasiyaya etmək rənglərlə özünüzü müalicə edirsiniz mənasını verməz. Rəng müalicəsi bədəndə var olan beş elementi istifadə edər, atəş (qırmızı), torpaq (sarı), hava (mavi), su (yaşıl), səma (açıq mavi) rənglərlə kombinasiyası və bunların enerjisi ilə sizin bədəninizdəki xəstəlikləri müalicə edər. 
Rəngli şüşələri xəstənin probleminə görə seçər. Sonra şüşənin 3/4-nü su ilə və geri qalan qisimini hava ilə doldurar, bu, şüşəni günəşdən 72 saat qoruyar. Bu müddət içində günəş şüaları rəngli şüşədən filtr olaraq, hava və su ilə birləşər, bunun nəticəsində enerji və rəngin vibrasiyalarını kombinə edərək, xəstənin elementi ortaya çıxarılar. Bu qarışıqdan sonra xəstə müalicə üçün bu suyu içməlidir. Rəng terapiyasına ehtiyacınız olan rənglərdən meyvə və tərəvəzlərdə də istifadə edə bilərsiniz. Məsələn, qırmızı pomidor, yaşıl isə tərəvəzlər və.s.
Bənövşəyi: Romantik və aqresiv kəslərin müalicəsi üçün uyğundur. Ayrıca həddindən artıq yemək istəyənləri sakitləşdirər və yemə istəklərini idarə altına alar. 
Göy: Zəkanı hərəkətə keçirər. İnsana cəsarət, nüfuz və daxili dinclik verər. Göz, qulaq, burun və s. müalicəsində istifadə edilər. Damar problemləri (varikoz), sinir sistemi xəstəlikləri, çiban, xora, dəri problemlərində də istifadə edilər. 
Mavi: Şok keçirənlərə yaxşı təsir edir. Təlaşlı və qorxmuş insanlara kömək edər. Yuxudan əvvəl mavi rənginə fokuslanaraq meditasiya etmək kabus görməyin qarşısını alar. Şok və ya sinir böhranı keçirən insanlara tövsiyə edirlər. 
Yaşıl: Stressi azaldar. Ürək problemi olan insanlara köməkçi olar. Qırıq sümüklərin yaxşılaşmasına kömək edər və toxumanın təkrar böyüməsini xəbərdar edər. Dinc bir mühit yaratmaq üçün hamilə qadınlara təklif edilər.
Sarı: Zəkanı hərəkətə keçirər. İnsanlarda xoşbəxtlik təsiri yaradar. Həzm sistemini hərəkətə keçirmədə və dəri problemlərini müalicə etməkdə faydalı olduğu deyilər. 
Portağal rəngi: Meyvəsi kimi təbiətə enerji verər. Öd daşı, həzm sistemi problemləri, sinə problemləri və artritlərdə təsirlidir. Tək və depresiv insanların daxilən ruhlarını yüksəldər. 
Qırmızı: Adrenalin ifraz olunmasını təmin edər. Adamın daha güclü olmasına kömək edər. Qırmızı rəng geymək, anemiya və digər qan xəstəlikləri şikayəti olan kəslər üçün yaxşıdır.


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN