Rəqəmlərə diqqət!

0
4751
Rəqəmlərə diqqət!

 Rəqəmlərin sadəcə kəmiyyət göstəricisi olduğunu düşünürk. Amma halbuki belə deyil. Numeroloqların dediyinə inansaq, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də var. Numerologiya nisbətən son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən biridir. Müəyyən mənada ədədlərin öz dili var, ibtidai qəbilələr bu dili başa düşür və ədədlərin dilində bir-biri ilə əlaqə saxlayırdılar. Qədim əlifbalarda (məsələn, qədim yəhudi əlifbasında) hərflərin də ədədi mənası vardı.


Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1-9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi “Okkult fəlsəfəsi” əsərində həmin rəqəmləri və onların mənasını verdi.

Xatırladaq ki, elm dünyasında Aqrippanı “rəqəmlərin atası” adlandırırlar. Keçək rəqəmlərin sirrinə:

1 — məqsədin rəqəmidir, əlifbanın ilk hərfi olan “A” ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.

2 — gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir, müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır.

3 — dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucaqla işarə edilir. İstedad və şən əhval-ruhiyyəni ifadə edir, uyğunlaşmaq rəmzidir.

4 — sabitlik və möhkəmlik deməkdir. Onun möhkəmliyi kvadratla - kosmosun tərəfləri, ilin fəsilləri və od, torpaq, hava və su ünsürləri ilə ifadə olunub.

5 — son nəticəni səyahət və sınaqlar vasitəsi ilə əldə edən risk və təhlükə deməkdir. Onda sabitliyin olmaması bir tərəfdən inamsızlığa gətirib çıxara bilər, digər tərəfdən bu, ən xoşbəxt, ən gözlənilməz rəqəm sayılır.

6 — inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. İdeal rəqəmdir, həm tək, həm də tək rəqəmlərə bölünərək sanki onları birləşdirir.

7 — sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi musiqi qamması deməkdir. O, məqsədi (1) və harmoniyanı (6) birləşdirərək, onu həqiqi psixoloji rəqəmə çevirən öz simmetriyasını yaradır.

8 — maddi uğur rəmzidir. İki kvadratla ifadə olunduğu üçün kamil inam rəmzi sayılır. İki yerə bölünəndə bərabər hissələrə ayrılır (4-4). Yenə bölsən, yenə bərabər hissələrə ayrılacaq (2-2-2-2), bu isə dördqat tarazlıq deməkdir.

9 — elementar rəqəmlərin ən böyüyü, uğur rəmzidir. Tam inkişaf etdikdə bütöv bir qrupun cizgilərini birləşdirərək nəzarət faktoruna çevrilir. Doqquz rəqəmi, 3 x 3-ün hasili kimi, dəyişkənliyi irəliyə doğru hərəkətə çevirir.

Dinlər rəqəmlər haqda nə deyir?
 
İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki ALLAHın ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.
Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan...

İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir. İslam inanclarına görə, günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə, ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə, qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.

Pifaqor deyir ki, 1 ilahi gücü, 6 soyuğu ifadə edir
 
Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor “1" rəqəmini İlahi güc kimi qəbul edir, ”10" rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 - rəngin, 6 - soyuğun, 7 - sağlığın, 8 - sevginin rəqəmidir.

ŞƏRH YAZIN