Risklə Bağlı Deyilənlər!

0
1896
Risklə Bağlı Deyilənlər!

"Əlbəttə ki, motosiklet yürüşü risklə müşayiət olunur: qəza zamanı avtomobillə müqayisədə daha ağır və təhlükəli zədə almaq ehtimalı var. Digər tərəfdən sən həmişə bu haqda düşünürsən və daha diqqətcil olursan, sözün istənilən mənasında. Bəzən insanlar avtomobilin sükanı arxasında yuxuya gedir, amma motosikletdə isə heç gözlərini belə yummurlar". 

Malkol Forbs, Forbes jurnalının təsisçisi:
"Həyat  kifayət qədər riskli məşğuliyyətdir".

Qarold Makmillan, Britaniyanın keçmiş baş naziri (1957-1963):
"İşi şansa buraxmayan insanlar, demək olar ki hər şeyi düz edirlər, amma təəssüf ki, çox şey edə bilmirlər" .

Corc Sevil Qalifaks, ingiltərəli ictimai xadim:
Hər bir uğurlu biznesin təməlində bir zamanlar qəbul edilmiş cəsarətli bir qərar dayanır.

Oiter Drüker, Amerika iqisadçısı:
Risksiz idarəetmənin nəticəsi qalibiyyətsiz və ləzzətsiz biznesdir.

Al Neybart, "USA Today" jurnalının təsisçisi:
Qeyri müəyyənlik və risk  biznesin əsas çətinliyi, amma həm də əsas şansıdır.

Devid Herts,  amerikalı riyaziyyatçı analitik:
Qərarsızlıq anında qəti hərəkət elə və çalış ki, heç olmasa, bir addım atasan.

Lev Talstoy, rus yazıçısı:
Risk etmək uçurumdan tullanmaq, qanadları isə uçuşda olarkən açmaq deməkdir.

Rey Bredberi, amerikalı yazıçı:
Yalnız risk etməyə qadir insan uzaq sahilləri qət edə bilir. Təhlükəsiz qayıqlar limandan çox da uzağa getmir.

Con Kennedi, ABŞ-ın 35-ci prezidenti, 1961-1963:
Çin dilində yazılmış “krizis” sözü özündə cəmi iki heroqrlifi biləşdirir. Onlardan biri “çətinlik”, digəri isə “əlverişi imkan” mənasını ifadə edir.

Albert Kamyu, fransız yazıçı:
Rəssamın hər bir addımı macara böyük bir riskdir.  Amma bu riskdə və yalnız bunda incəsənət azadlığı öz təcəssümünü tapır.

Ueyn Qretskiy, kanadalı xokkeyçi:
Vurmağa cəsarət etmədiyin zərbələr, 100% hədəfdən yan keçir.

Seren Kyerkrqor, filosof:
Risk etmək – bir anlıq öz dayaq nöqtəni itirməkdir. Risk etməmək – özünü itirmək deməkdir.

Uinston Çerçil:
"Təhlükəsizlik hər şeydən daha öncədir" şüarı ilə müharibəni qazanmaq olmaz.

Hilbert Kit Çesterton, ingilis jurnalist və yazıçı:
Həmişə qaynar suya girmək lazımdır, onda təmiz qalarsan.

Uolter Riston, Citicorpun sabiq direktoru:
Həyat bütünlükdə risklərin idarəedilməsidir, istisnası deyil.

Oskar Uayld, ingilis yazıçısı:
Aza qane olmaq çox da yaxşı xüsusiyyət deyil. Bəzən uğurun sirri ifrata meyllilikdə dayanır.

Oktavian Avqust, Roma imperatoru:
Böyük təhlükələr hesabına xırda qənimətlər, qızıl qarmaqla balıq tutmaq kimidir, qarmaq qırılarsa, heç bir qənimət itkini əvəzləyə bilməz.

Bibliyadan:
Küləyin səngiməsini gözləyən əkini ötürür, yağışı gözləyənlər biçini.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN