Rotşildlər Barədə

0
4263
Rotşildlər Barədə

Harda maliyyə böhranı,müharibə varsa,orada Rotşildlər və Rokfellerlərin adı keçməmiş deyil.Neft,qızıl,maliyyə,kimya, elektronika,silah,qıda,tekstil,sənaye,media daxil olmaqla iqtisadiyyatın mühüm sektorlarını kurasiya edən hər iki ailə bu gücü, imkanları hardan alır?Və ya Rotşild və Rokfellerlər kimdirlər?

Rotşildlər iki əsrdir dünyanın taleyini müəyyən edirlər.Napaleon “müharibəsindən” tutmuş,Birinci və İkinci dünya müharibələrinə qədər,eləcə də hazırki qlobal iqtisadi-siyasi  münasibətlərdə əsas fiqur sayılırlar.
19-cu əsrdə tarixin ən böyük sərvətini qazanan Rotşildlərin kökü 18-ci əsrə dayanır.Mənşəcə alman yəhudisi (aşkenazi) olan Rotşildlərin ilk nümayəndəsi, yəni sülalənin banisi isə Mayer Amşel Rotşilddir.1743-cü ildə Frankfurtda dünyaya göz açan Mayer şəhərin yəhudi məhəlləsində yaşayıb.Atası Amşel Bauer Mozez öz işində müvəffəqiyyət qazanmış ticarətçilərindən olub.

12 yaşı olanda Mayer  Hannoverə  bankçılıq üzrə təhsil almağa göndərilib.Orada o,maliyyə sahəsinin  sirlərinə yiyələnərək alman knyazlıqlarının pul sikkələri ilə tanış olur.Eləcə də saxta və əlverişli valyuta məzənnələrini müəyyənləşdirməyi öyrənir.1760-cı ildə valideynlərinin ölümündən sonra təhsilini yarımçıq buraxır,Frankfurta qayıdır.Atasının mübadilə dükanını işlətməyə başlayır və sikkələrin,medalların satış və mübadiləsini həyata keçirir.Gəzən əfsanələrə görə,o,dükanda satdığı dəyərli əşyaların əksəriyyətini zibillikdən tapırmış.Belə ki,həmin vaxtlar zibilliklər tam bir “zənginlik mənbəyi” imiş.Orada nəinki qiymətli pul sikkələri,hərbi ləvazimatlar,həmçinin qədim gerblər,çoxlu sayda digər əşyalar tapmaq olurmuş.Bu nə dərəcədə doğrudur deyə bilmərik,amma o bəllidir ki,Amşel kifayət qədər qısa müddət ərzində özünü məsuliyyətli ticarətçi kimi tanıtmağı bacarır.İşini böyüdərək əntiq əşyalar mağazası açır.Orada əlavə xidmətlər (bura  alman knyazlıqlarının pullarının dəyişdirilməsi,kreditlərin verilməsi daxil idi) təklif edirdi.Beləliklə,Rotşildlərin ilk bankları yaranır.

Əsl Rotşild kimdir?
Onu da bildirək ki Rotşild Amşellər ailəsinin həqiqi familiyası deyil.“Rot Shild” onların Frankfurtdakı evlərinin daha əvvəlki alman sahiblərinin familyası idi.Sadəcə “Rot Shild” frazası əks olunan lövhə evin yeni sakinləri tərəfindən qapısının üzərindən götürülmədiyindən müştərilər arasında Amşellər  Rotşildlər kimi ad qazandılar.

Yəhudi məhəlləsindən qurtuluş.
Ailənin taleyində dönüş sülalənin banisinin şahzadə Vilhelm ilə tanışlığından sonra baş verdi.Deyilənlərə görə,bir dəfə Mayerin məşhur dükanına baş çəkən şahzadə onun kolleksiyasını almaq qərarına gəlir.Lakin Mayer risklərə baxmayaraq kolleksiyanı ona hədiyyə edir.Əvəzində böyük kapitala giriş qazanır.1769-cu ildə Vilhelim  Mayeri şəxsi bankiri elan edir. Bildirək ki,Vilhelim o dövrün ən varlı alman knyazlarından sayılırdı.Muzdlu ordu ticarəti ilə məşğul olan şahzadə təkcə 1785-ci ildə Amerika kaloniyaları ilə müharibə üçün ingilis kralı III Georqa 17 min  əsgər satmışdı.Knyaz Napaleon qaçanda  isə sığınacaq kimi məhz Rotşildlərin evini seçibmiş.Həmin zamanlarda da belə onlar borclulardan şahzadənin pullarını yığır, bəzən faizləri artırırdılar.

Oğlanları Avropanın 5 böyük ölkəsinə səpələnir.
Mayer 27 yaşında yerli kreditorlardan birinin qızı olan 17 yaşlı Qutle Şnapperlə evlənir.Onun 5 oğlu və 5 qızı dünyaya gəlir.Onlar Jannet (1771),Amşel (1773),Solomon (1774),Natan (1777),İzabella (1781),Babetta (1784),Karl (1788),Julyi (1790),Qenrietta (1791),Ceymsdir (1792).Oğlanlarının 5-də Mayer Amşelin biznesini davam etdirirlər.Onları hətta “bir əlin 5 barmağı” adlandırırdılar.1810-cu ilin 27 sentyabrında Mayer “Mayer Amşel Rotşild  və oğlanları”  firmasını yaradır.Amma şirkəti doya-doya işlətmək ona nəsib olmur.2 il sonra 68 yaşında vəfat edir.Biznesin qurucusunun ölümü ciddi mübahisələrə və münaqişələrə gətirib çıxarmır.Alman dəqiqiliyi ilə sərvəti bölüşdürən Mayer oğullarının hər birinə  bərabər pay qoyur. Atalarının ölümündən sonra qardaşlar Avropanın 5 ölkəsinə səpələnirlər.Ailənin böyük oğlu Amşel Frankfurtda qalaraq buradakı fəaliyyətlərini koordinasiya edir.Əslində böyük qardaş olduğu üçün,statusu ondan məhz bunu tələb edirdi.Bacarıqlı şəxsiyyət olan Amşel çox keçmir ki, nəinki nəhəng bankir,eyni zamanda hersoq Qessenin gizli məsləhətçisi,Bavariyanın kral səfiri vəzifəsinə qədər yüksəlir.Ceymsə gəlincə,o, öz mövqeyini Fransada bərkidi.Baxmayaraq ki,həmin dövrdə Napoleon onu heç sevmirdi.Solomon Vyanaya üz tutur.Knyaz Metternixin (Metternix həmin dövr üçün Avropada kifayət qədər vacib siyasi fiqurlardan biri idi) ən yaxın saray əyanlarından birinə çevrilir.Kral Rotşild isə İtaliyada işləyir.O burada hətta Roma papası ilə sıx münasibətlər qurur.Digər Rotşild qardaşı Natan  Böyük Britaniyada əvvəlcə tekstil taciri,sonra isə bankır kimi fəaliyyət göstərir.Beləliklə,Rotşildlər Avropanın bütün iqtisadi vacib nöqtələrində nəzarəti ələ keçirirlər.Ailə rus çarlarının, Habsbuqlar xanədanının,Vatikan və İspaniya kralının sponsorluğu ilə məşğul olur.Daha doğrusu,Rotşildlər monarxlara borc verir,bəzənsə,həqiqətən əvəzsiz şəkildə onlara iri məbləğlərdə pul bəxş edirlər.

Amşel Rotşild.
Rotşildlər Avropa cəmiyyətinin ən qaymaq təbəqələri,baronları üçün də iri kreditor rolunu oynayırlar.Bütün kreditləri isə kifayət qədər bahalı torpaq mülkiyyəti qarşılığında verirlər.Kreditlərə görə ödənişlərin çox asta-asta,hətta bir neçə on il ərzində qaytarılmasına razılaşırlar.19-cu əsrdə Amşel və Solomon lotereya şəklində daha iri məbləğli borc verməyə başlayir.Bununla da onlar cəmiyyət arasında öz populyarlığını daha da artırmış olurlar.

Natan Rotşild İngiltərənin sahibinə necə çevrilir?
Natan Mayerin İngiltərədəki fırıldaqları Rotşildlər haqqında şayiələrin əsasını təşkil edir. Konkret olaraq deyək ki, Natan Rotşildlərin  ingilis filialının təsisçisi sayılır. 1798-ci ildə Mançesterə gələn Natan Rotşild atasının və qardaşlarının kapitalı ilə Britaniyada əvvəlcə tekstil ticarəti ilə məşğul olur. Lakin 1809-ci ildə fransızların  La-Manş boğazını bağlamasının ardınca parça ticarəti gəlirsiz sahəyə çevrilir. Belə halda Natan Mayer Londona gəlir.Orada N M Rothschild & Sons bankını yaradır. Məhz bu bank Avropada işğallar aparan Napoleona qarşı mübarizənin maliyyələşdirilməsində əvəzsiz rol oynayır. Müttəfiqləri qida, ərzaq, silah və geyimlə təmin etmək üçün pul vəsaitini məhz Rotşildlər verir. Britaniya hökuməti geniş şəkildə onların   bankından Napoleona qarşı hərbi kampaniyanın maliyyələşdirilməsi üçün istifadə edir. Böyük həcmdə qızıl İngiltərədən Vellinqton marşalına və müttəfiqlərə qardaşların banklarının vasitəsilə köçürülür. Bütün bunlar ilk baxışdan demək olar ki havayı edilirdi.Çünki bu yolla Rotşildlər üzdə olan Avropa krallarının və əsilzadələrinin etibarını qazanmış olacaqdlar.

Karl Rotşild.
Məsələnin dərinliyə vardıqda və tarixə diqqətlə nəzər yetirdikdə bəlli olur ki,əslində qardaşlar müttəfiqlər üçün qiymətləri daim cüzi şəkildə də qaldırırlarmış.Qiymətləri asta-asta özünün ən yüksək həddinə çatdırılırmış.Rotşildlərin sərvətinin pik həddə çatması isə Napoleonun Vaterlodoakı məğlubiyyətindən sonra baş verir.Hadisədən ilk xəbər tutan Natan London birjasına,Ceyms isə Paris birjasına yollanır. Bütün investorların Vaterloodan xəbər gözlədiklərini nəzərə alan Natan  bütün gün qaş-qabağını sallayıb, ufuldaya-ufuldaya bir küncdə oturur. İnvestorların əksəriyyəti onun  davranışını İngiltərənin Vaterlooda uduzmasına  işarə kimi qəbul edirlər.Hiyləsinin işlədiyini görən Natan  səhmlərini satmağa başlayır.Digər investorlar da onun bu hərəkətini ardınca təşviş içində bütün səhmlərini satışa çıxarırlar.Nəticədə qiymətlər demək olar ki, tamamilə dəyərsizləşir. Həmin gün birjada alış aparanlar isə heç kim deyil,məhz Natan Rotşildin ticarət agentləri olur.Natan  günün sonuna qədər 200 milyon funt sterlinq civarında sərvət qazanmaqla İngiltərinin sahibinə çevrilir.Eyni taktikanı Ceyms də Fransada tətbiq edir.Amma nədənsə qardaşlardan təkcə Natan “Ginnesin rekordlar kitabı”na düşür.O,bütün bəşəriyyət tarixinin ən dahi maliyyəçisi kimi qəbul olunur.Bu günə qədər də bu adı daşıyır.

Solmon Rotşild-Əsilzadə titulu.
Rotşildlərin  Avstriya qanadının beş nəsli 1816-ci ildə Habsburg İmperatoru II.Fransis tərəfindən irsi qaydada ötürülən “baron” titulu ilə təltifləndirilirlərr.Və Avstriya əsilzadəsi elan edilirlər.İngilis qanadı  isə kraliça Viktoriyanın istəyi nəticəsində ingilis əsilzadəsi titulu alırlar.

Amerika dolları və Rotşildlər.
Rotşildlərin qızıl nəslinin arxasında gələn nümayəndələri də öz “bacarıqlarına” görə babalarından geri qalmırlar.Artıq iki əsrdir Rotşildlər istər dünya iqtisadiyyatında, istərsə də siyasətində həlledici mövqeyə  malikdirlər.Türk sultanın devrilməsindən tutmuş,Amerika prezidentlərinin ölüm sifarişlərinə, dolların çapına qədər bütün hadisələrdə Rotşildlər baş roldadırlar. Necə? Versiyalara görə,Rotşild  ailəsi Amerika koloniyaları ilə İngiltərə arasında qarşıdurmasında gizli şəkildə birincini  dəstəkləməklə (amerikalıları silah və pulla təchiz edirlər)qaşılığında Corc Vaşinqtondan qurulacaq olan Amerika dövlətinin valyutasının çap  haqqını  istəyiblər. Bu gün  Amerikan dollarının çapı məhz Rotşildlərə aiddir.

Ceyms Rotşild
Birinci Dünya müharibəsindən dağılmış çıxan Almaniyanın tez bir zamanda özünə gəlməsi də onların adı ilə bağlıdır.Bu köməyin əvəzində isə ailənin Alman Mərkəz Bankını əldə etdiyi  deyilir.

Rotşildlər Osmanlı sultanını devirir.
Dünyanı yönəldən Rotşildlər Osmanlı imperatorluğuna da əl uzadıblar.Ailə Sultan II Abdulhəmid Xana Fələstin,Qüds və Hicazı verməsi qarşılığında Osmanlının bütün xarici borclarını silməyi,Balkanlarda və Şimali Afrikada itirdiyi torpaqları geri verəcəyinə təklif etdiyi söylənilir.Sultanın bu təklifi rədd etməsi isə ona baha başa gəlir.Yəhudi bankiri tərəfindən maliyyələşdirilən “Gənc türklər “ tərəfindən taxtdan endirilən II Abdulhəmid Xan ailəsi ilə birlikdə sürgün olunur.

Natan Rotşild-Hitlerin “doğuşu”
Birinci Dünya müharibəsinin sonunda-1919 –cu ildə  İngiltərə xarici işlər naziri Balfur Fələstində yəhudi ocağı qurulması haqda məşhur bəyannaməni elan etdi.O zaman demək olar aza qala bütün əhalisi ərəblərdən ibarət olan tarixi Fələstin torpaqlarında yəhudi ocağının yaranması, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilərin bura köçürülməsi,ilk yəhudi universitetinin açılması üçün lazımlı maliyyənin də məhz Rotşildlər tərəfindən təmin edildiyi faktı var.Adolf Hitlerin hakimiyyətə gətirilməsi,onun faşist siyasəti bütün bunlar tarixçilər tərəfindən Rotşildlərin oyunları kimi dəyərləndirilir. Yəhudilərin illər boyunca qətli də onların ayağına yazılır.Məqsədə gəlincə,soyqırım  yəhudiləri təhlükədən xilas olmaq üçün öz ölkələrində məskunlaşmağa məcbur edəcəkdi.

3 prezidentin ölümü.
Rotşildlər  ABŞ-ın üç  prezidentinin –o cümlədən Abraham Linkolnun ölümündə günahlandırılır.Bu ölüm fərmanlarına səbəb kimi prezidentlərin FES-in qəti əleyhdarı olmaları gətirilir.Belə ki,Rotşild ailəsi ABŞ-ın Federal Ehtiyatlar Sisteminin yaradılması mənbələri əsasında dayananlardan biridir.Bu sistem heç prezidentə belə tabe deyil.

Milyarderlərin siyahısındaki insanlar Rotşildlərin pullarını idarə edir.
Bu gün Rotşildlər  haqqında bir neçə fakt istisna olmaqla demək olar ki,heç nə məlum deyil.Onlar  həmişə kölgədə qalmağı bacarıblar. Ailə  açıq bizneslə məşğul olmur, öz fəaliyyətini gizli saxlamağa üstünlük verir.Corc Soros kimi bir çox  pul baronlarının,“Forbes” jurnlında yer alan milyarderlərin əksəriyənini məhz Rotşildlərin pullarını idarə etdikləri söylənilir. Klanın rəhbəri isə 1936-ci ildə dünyaya göz açan Nataniel Çarlz Ceykob Rotşilddir.Nataniel Londondonda yaşayır və barondur.

15 trilyon dollara qədər  sərvətə sahibdirlər.
Sərvətləri 3 trilyon dollar dəyərlənidirilir. Kantrollarında olan pulun isə 15 trilyon təşkil etdiyi deyilir.Rotşildlər dünyanın 10 ən böyük bankından 3-nə sahibdirlər.Yeraltı təbii sərvətlərin 40,almaz ticarətinin 90, kömür-uranyum-alumiyum ticarətinin 15 faizinin ailəyə məxsus olduğu irəli sürülür.Şirkətlərə gəlincə,“Natan Mayer Rotşild və oğullar”,“Rotşild və Kompani”, “Edmond Bank” və “Paris-Orlean Holdinq”,HSBC Bank, “Royal Bank of Scotland”,“Banco Santander”,J.P.Morgan-Chase, De Beers,Rio Tinto,Ing Group ve Aviva kimi nəhəng kompaniyaların adını qeyd etmək olar. 


Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN