Şampunun icadı

0
2391
Şampunun icadı

Təxmini hesablamalara görə, hər bir insanın başında ən azı 120.000 saç olur.


Belə olan halda,  saç köklərinin möhkəm olması və tökülməməsi üçün onların yaxşı qulluğa ehtiyacı var.

Hələ XX əsrin əvvəllərində imkanlı adamlar saçlarını tez-tez sabunla yuyardılar. O zamanlar sabun çox baha qiymətə satılırdı. Bu səbəbdən də hər adamın sabun almağa imkanı çatmırdı. Ona görə də, imkansız adamlar  küllü su ilə və ya suya buğda kvası qatışdırıb saçlarını yuyurdular.

Əvvəllər istər sabunla, istərsə də digər vasitələrlə yuyulan saçların rəngi donuq, tutqun və prıltısız olurdu. Saçlar yuyulduqdan sonra parıltılı olması üçün onlara xüsusi hazırlanmış yağlar sürtülürdü.

Şampunun yaranması haqqında müxtəlif əfsanələr mövcuddur. Şampunun yaranmasını müxtəlif çür yozanlar olmuşdur. Əslində isə şampunun yaranma tarixi yaxın keçmışimizə təsadüf edir. “Shampoo N: 1”- in yaranma tarixi belədir:

1898-ci ildə Hamburq şəhərində Hans Şvarskopf adlı şəxs ətriyyat və əczaçılıq malları satmaq üçün kiçik bir mağaza açır. Kimyaçı olan bu şəxs öz reseptləri əsasında müxtəlif kosmetik vasitələr düzəldib satırmış. Az bir vaxtda Hansın öz soyadını (“Şvarskopf”) daşıyan bu mağaza çox populyarlaşır.

Hansın açdığı “Şvarskopf” adlı kosmetika mağazası qısa müddətdə özünə çoxsaylı müştəri yığdıqdan sonra iri bir kosmetika müəssisəsinə çevrilir. Kimyaçı Hans öz reseptləri əsasında istehsal etdirdiyi kosmetik vasitələri ilk olaraq “ Qara başlı” markası altında buraxdırır. Tez bir zamanda bu kosmetik marka brendə çevrilir.1905-ci ildə “Qara başlı” adlı kosmetik vasitələr bütün dünyada məşhurlaşır (Schwarzkopf – almanca “qara baş” deməkdir). Sonralar bu kosmetik vasitələr “Şvarskopf” adı ilə istehsal edilmişdir.

Hans Şvarskopf saç üçün şampunu  icad edir. Daha sonra Hans şampunu ətirli etmək üçün ona bənövşə cövhəri əlavə edir. Nəhayət 1904-cü ildə Berlində ilk Schwarzkopf şampun zavodu fəaliyyətə başlayır. Şampun çeşidlərinin sayı tezliklə çoxalır, zavodda bir neçə növ şampun istehsal olunurdu: lanolinli, kükürdlü, çobanyastığı və s.

Hal-hazırda saysız-hesabsız şampun növləri və şampun istehsalçıları vardır. Buna baxmayaraq “Şvarskopf” firması yenə də liderliyi öz əlində saxlamaqdadır. Bu firmanın istelsal etdiyi şampunlar dünyanın yüzlərlə ölkəsində satılır.
 

ŞƏRH YAZIN