Şarfın yaranması

0
2035
Şarfın yaranması

İstifadə etdiyimiz adi şarfların çox maraqlı bir tarixçəsi vardır. Adi bir şarfin belə şanlı bir tarixçəyə malik olması çoxlarının ağlına belə gəlməz...


Şarfın yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şarfdan ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbiçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbiçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şarfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şarflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şarflar dolayırdılar.

Qədim Misirdə  ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.

Roma imperiyası dövründə bir zamanlar “ipək  şarf” dövrü olmuşdur. O zamanlar ipək şarfdan sosial status kimi istifadə olunurmuş və şarfı boyunlarına, ya da bellərinə bağlayırmışlar.

Qədim Roma da isə şarfdan - məşqlər zamanı boyun-boğazlarının, üzlərinin tərini silmək üçün istifadə edirdilər. Qədim romalılar şarfı ya bellərinə bağlayar, ya da çiyinlərindən asarmışlar.

XVII əsrdə Avropaya nifrət edən muzdlu xorvat döyüşçüləri öz məharətlərini nümayiş etdirmək və döyüş zamanı digərlərindən seçilmək  üçün boyunlarına şarf dolayırdılar. Tarixi məlumatlara əsasən, elə həmin dövrlərdə - yəni, XVII əsrdə Napoleon Bonapart daim boynuna ipəkdən toxunmuş Hindistan şarfı bağlayarmış. Məşhur alman bəstəkarı L.V. Bethoven də daim boynunda ipək şarf gəzdirərmiş.

XVII əsrin sonlarında xorvat döyüşçüləri Parisə daxil olarkən, öz qələbələrini bildirmək üçün parlaq rəngli şarflardan bir aksessuar kimi istifadə etmişlər. Bunu görən kral XIV Lüdovik həmin an əmr verir ki, sarayında yeni vəzifə yaradılsın. Bu vəzifəyə təyin olunan şəxs isə yalnız kral üçün şarflar almalı və şarflara qulluq etməli imiş.

Fransa inqilabı zamanı XVIII əsrdə “incroyables” adlı şarflardan kütləvi surətdə istifadə olunurmuş. Bu şarflar ölçüsünə görə çox iri idi və xüsusi toxunma texnikası vardı.

Tarixdə şarflara əks münasibətdə olanlar da olmuşdur. Məsələn: Rus imperatoru I Pavelin, ümumiyyətlə, şarfdan zəhləsi gedirmiş və imperator olduğu illərdə şarfdan istifadəyə qəti qadağalar qoyubmuş. Paradoksal olan bir şey də budur ki, imperator I Pavel bir zabit tərəfindən elə şarfla boğularaq qətlə yetirilmişdir.

XIX – XX əsrlərdə ipək şarfların populyarlığı sürətlə artmışdır. Artıq ipək şarflardan tək statuslular deyil, əksəriyyət istifadə edirdi. Hal-hazırda şarflar həm kişi, həm qadınlar tərəfindən istifadə edilir.

ŞƏRH YAZIN