Sarı Rəngin Bilinməyən Tərəfləri

0
2459
Sarı Rəngin Bilinməyən Tərəfləri

İnsani keyfiyyətlər arasında özünədəyər, özünəgüvən, ağıl, mühakimə və zehni fəaliyyət önəmlidir. Amma sadaladığımız keyfiyyətləri də birləşdirən bir şey var – Sarı rəng. Bəli. Alimlərin apardığı araşdırma ilə, bu rəngin konsentrasiya xəbərdarlığı etdiyi və öyrənmə bacarıqlarını artırdığı üzə çıxıb. 

Sarı rəng özünəgüvən, oyanıqlıq, geniş fikirlilik, yaxşı yumor, optimizm, məntiqi düşünmə və uyğunluq hisslərini də yaradar. Əsəbləri xəbərdar edər və beynin irəliləməsində təsirli olar. Əzələləri gücləndirər, həzm sisteminə təsir edər. Qaraciyər üzərində təsirə sahib olduğundan qanı təmizləyir. Eyni zamanda iştah açıcı təsiri vardır.Həmdə gecə korluğu olanlarda təsirlidir. Tamamlayıcı rəngi bənövşəyi rəngidir. Birlikdə çox xoş bir görünüş yaradarlar və ruhi sağlamlığınızı tamamlayırlar.
 
Depressiyanı azaldır, melanxoliya əlamətlərini azaldar. Kədər, əzab və kədər duyğularından təmizlənməyə köməkçi olar. Coşğu və optimizm yaradar. Sarı ağlın rəngidir və zehni qabiliyyətləri inkişaf etdirər. 

Aktiv olmaq, xoşbəxt olmaq istədiyinizdə sarı geyinin. İshal və ya bədəninizdə iltihab olduğunda, həddindən artıq həyəcanlı olduğunda, qorxu və narahatlıq eşitdiyiniz zaman, yuxusuz olduğunuzda, istirahət etmək istədiyinizdə isə sarı geyinməyin.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN