Sensasiyalı tapıntı

0
3191
Sensasiyalı tapıntı

Yerin dərinliklərində, yüz kilometrlərlə aşağıda nəhəng içməli su ehtiyatları var. Bu suyun həcmi planetimizdəki bütün okeanlardakı sulardan daha çoxdur.

 
Fəqət həmin su ehtiyatları adi su formasında yox, rinqvutid mineralındakı hidroksil qruplar formasındadır.
 
Zəlzələlər zamanı seysmik dalğaların yayılmaları ilə bağlı aparılmış müşahidələr Yerin yuxarı və aşağı mantiyaları arasındakı sərhəddə, 410-660 km dərinlikdə dalğaların sürəti kəskin şəkildə dəyişir.

Alimlərin fikrincə, bunun səbəbi Yerin yuxarı mantiyasının əksər hissəsini təşkil edən olivin mineralının strukturunun dərinlikləri ilə bağlıdır. Olivinin bu forması rinqvutid adlanır.
 
Hələ kimsə rinqvutid mineralını görməyib, çünki onun olduğu dərinlik süxur nümunələrinin çıxarılması üçün həddən ziyadə dərindir.

Kanadanın Edmonton şəhərindəki Albert Universitetinin professoru Qrem Pirson və onun həmkarları rinqvutid nümunələrini ilk dəfə almaz süxurlarında aşkarlayıblar.
 
Məlum olub ki, nümunənin 1,5 faizi hidroksil qrupu (OH) formasında sudur.
 
Əgər bu rinqvutid nümunəsi Yerin yuxarı və aşağı mantiyaları arasındakı sərhəd zonada yer alırsa, onda alimlərin hesablamalarına görə, Yerin çox dərin qatlarında 1,4*10^21 kiloqram su var.
 
Rinqvutid mineralı avstraliyalı mineraloq-geoloq Ted Rinqvudun şərəfinə belə adlanır.





 

ŞƏRH YAZIN