Siz də bu yuxuları görmüsünüz?

0
3143
Siz də bu yuxuları görmüsünüz?

 Hamı yuxu görür, bu danılmaz faktdır. Amma əslində insanların çoxu eyni yuxunu görür. Bu yuxular hansılardır, sizə təqdim edirik.


Beləliklə, ən çox görülən 13 yuxu:

1.Qovalanmaq
 
Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir. 

2.Çılpaq qalmaq
 
Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür. 

3.Gizli bir yer kəşf etmək
 
Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılacağınıza işarədir. 

4.Maşının idarəetməsini itirmək
 
Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.

5.Yüksəklikdən düşmək
 
Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axışına buraxsalar, daha bu yuxuları görməyəcəklər. 

6.Ölüm
 
Yuxuda öldüyünü görmək incinməkdən qorxmaq deməkdir. Hansısa insanın öldüyü görmək isə onun ömrünün uzanmasına yozulur.

7.Dişin düşməsi
 
Dişin düşməsi insanın özünə inamını itirməsi və ya xəstələnmək kimi mənalar verir.

8.İmtahana girmək, əvvəlki imtahanları görmək
 
Tələbəlik, məktəb illərindən qalma qorxudur. Uğura öyrəşmiş tələbələrin qorxusudur. 

9.Tələyə düşmək və ya qeyd olmaq
 
İnsanın qərar verməkdə çətinlik çəkəcəyi mənasını verir. 

10. Avtobusa və ya təyyarəyə gecikmək
 
Vacib bir fürsəti qaçırmaq deməkdir. 

11.Suda boğulmaq
 
İnamsızlıq mənasında başa düşülür. 

12. Saç kəsmək! 
 
Çox da yaxşı hadisələrin baş verəcəyinə işarə deyil. Xəbərdarlıq xarakterli yuxudur. 

13. Göyə yüksəlmək
 
Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyirə yozulan yuxulardandır. Yüksək mövqeyə yüksələcəksiniz.

ŞƏRH YAZIN