Sizin Iş Yerinizdə Bu Qaydalar Var?

0
2262
Sizin Iş Yerinizdə Bu Qaydalar Var?

Hər iş yerinin özünəməxsus qayda qanunu var. Bu qaydalar işçilərin ürəyincə ola da bilər, olmaya da. Amerikalı alimlərin apardığı bir araşdırma ilə iş yerlərində ən qəribə qadağalar müəyyənləşib. “İş yerinizdə heç cür razılaşmadığınız qayda hansıdır?” sualı ətrafında keçirilən sorğu aşağıdakı nəticələri üzə çıxarıb. 17 min 456 nəfərin iştirak etdiyi bu sorğu nəticələrinə əsasən, işçilərin lazımsız hesab etdiyi qaydalar aşağıdakı kimi qruplaşdırılıb:

1. "Qəhvə rəngi geyinmək qadağandır".
 
Bu qadağanın səbəbi kimi isə rəngin iş mühitində xoşagəlməz ab-hava yaratması göstərilib.

2. "Başqasından dərman istəmək".
 
Səbəb: Hər kəs öz qayğısına qalmağı bacarmalı, problemləri ilə digər insanları narahat etməməlidir.

3. "İş maşınının kondisionerindən istifadə etmək".
 
Səbəb: İşləyənlər lazım olduğu halda şirkət avtomobilindən istifadə edə bilərlər. Lakin bu heç də o demək deyil ki, onlar bu maşından bütün məqsədləri üçün faydalanmalıdırlar.

4. "Daim eyni insanlarla nahar etmək".
 
Səbəb: İş mühitində çalışanların bir-biri ilə əlaqəsinin möhkəmləndirilməsi üçün onlar daim fərqli kolleqaları ilə nahar etməlidirlər.

5. "Çaya ikidən çox qənd atmaq".
 
Səbəb: Şirkət hesabından istifadə etdiyiniz halda bu kimi bədxərcliklərə yol vermək olmaz.

6. "Enerji içkiləri içmək".
 
Bəzi iş yerində spirtli içkilər, siqaret kimi enerji içkiləri içmək də qadağandır.
 
Korrektor: Abdullazadə Sevinc 

ŞƏRH YAZIN