Sizin sevdiyiniz gül hansıdır?

0
4648
Sizin sevdiyiniz gül hansıdır?

 Hansı gülü sevdiyinizi deyin, biz sizə xarakterinizi deyək. Mümkün deyil deməyin, çenki mümkündür.


Məsələn, qızılgülü sevənlər; Saf sevgiyə və dostluğa dəyər verən, ümumilikdə həssas, duyğusal insanlardır. Şən, gülərüz məntiqlə deyil hissləri ilə hərəkət etməyi sevən insanlardır.

Qərənfili sevənlər; Ən xırda bir şeyə görə özündən çıxan, güclü hisslərə sahib olan insanlardır. Az danışmağa və çox dinləməyə üstünlük verən bu insanlar sərt xassiyyətə sahibdirlər. Adətən qısqanc olurlar.

Zambağ gülünü sevənlər; Bu insanlar adətən gözəllik vurğunu olurlar və buna görə də həmişə özlərini gözəl əşyalar və insanlarla əhatə edirlər. Lakin bu xüsussiyyətlərinə görə daima həyatda problemlərlə rastlaşırlar.

Ətirşah sevənlər; Hisslərinə hakim olan insanlardır. Xəyal dünyasına qapılmağı sevməzlər.

Yasmini sevənlər; Xəyalpərəst olurlar. Tez-tez küsməyə meyl edən bu insanlar daima həyatdan səbrlə nə isə gözləyirlər.

Doqquzdon gülünü sevənlər; Ziddiyətli insanlardır. Bir müddət öncə şən, gülərüz olan bu insanlar tez bir anda kefsiz, ümidsiz ola bilirlər.

Bənövşə gülünü sevənlər; Kin saxlaya bilməyən bu şəxslərin ürəyiaçıq, qəlbləri insanlara qarşı sevgi ilə dolu olur. Əliaçıq və insanpərəst olmaları insanları onlara cəlb edir.

Maqnoliyanı sevənlər; Özlərindən çox razı olan bu insanlar həyatda hər şeyin ən yaxşısına layiq olduqlarından əmindirlər. Özlərini tərifləməyii çox sevirlər.

Lalə sevənlər; Çox zərif insanlardır. Hər sözdən tez inciyən olurlar.

Yasəmən sevənlər; Ürəyiaçıq, səmimi və nəzakətli olurlar.

Payızgülünü sevənlər; Ciddi, sanballı, qəddar olurlar. Çox tələbkar və sərt xüsusiyyətlərə sahibdirlər.

Sünbül çiçəyini sevənlər; İnsanların toplandığı məkanlardan uzaq dururlar, daha çox təkliyə meyl edirlər. Nizamsız həyat tərzi sürürlər.

ŞƏRH YAZIN