Smayliklər Barədə

0
6547
Smayliklər Barədə

Gündəlik yazışmalarımızı çətinki smayliksiz təsəvvür edə bilək. Smayliklər yazilara sanki bir emosiyalar əlavə edir. Ancaq smayliklər barədə nə bilirik?

Yer üzündə hər gün insanların sayından iki dəfə artıq, təxminən 12 milyard dəfə smayl işarəsindən istifadə olunur. Amerika Birləşmiş Ştatlarının texnologiya üzrə mütəxəssislərinin araşdırmasına görə virtual danışıqlar zamanı  ən çox istifadə olunan işarə məhz gülən üz işarəsinin müxtəlif formalarıdır. Yalnız gülən üz işarəsindən gün ərzində 3.5 milyard dəfə istifadə olunur. Yeri gəlmişkən,  smaylların internet məkanında tanınan 3.8 milyarda qədər növü var.  İkinci ən çox istifadə olunan ürək işarəli smayllardır. Daha sonra ağlamaq və təəccüb hissini bildirən smayllar siyahıda yer alır. Mütəxəssislərin araşdırmasına görə insan əgər  indi internet məkanında olan bütün smayllardan istifadə etmək qərarına gəlsə bunun üçün ona 500 il lazım olar.

Bundan başqa insanlar smaylları qısaltmaqla da hisslərini virtual məkanda ifadə etməyə çalışırlar. Məsələn, çox vaxt bütöv bir gülən üz smaylının yerinə internet istifadəçiləri sadə bir mötərizə işarəsindən istifadə edirlər. Bu üzüntünü bildirən işarəyə də aiddir. Sadəcə mötərizənin istiqaməti dəyişdirilir. Mütəxəssislər bildirir ki əgər bu işarələr də smayl kimi qəbul olunsa onda smayllardan demək olar ki, gün ərzində yer üzündəki insanların sayından 2.5 dəfə artıq  istifadə olunur.  
 

Redaktor:Əliyeva Zeynəb
 

ŞƏRH YAZIN