Son 26 ilin ən görkəmli simaları

0
2676
Son 26 ilin ən görkəmli simaları

Son 26 ilin ən görkəmli simaları

Məşhur CNBC telekanalı tərəfindən son 26 ilin ən görkəmli şəxslərinin reytinqi tərtib edilib.

CNBC rəsmiləri 1989-cu ildən etibarən biznes və maliyyə sahələrinə təsir göstərmiş dünya biznesinin 30 nümayəndəsini reytinqə daxil edib.

Siyahıda yer almış 18 nəfər informasiya texnologiyaları (İT) və telekommunikasiya sahəsindəki mütərəqqi fəaliyyəti ilə seçilir.

Apple şirkətinin həmtəsisçisi və keçmiş rəhbəri Stiv Cobs reytinqə liderlik edir. Müəlliflər qeyd edirlər ki, Cobs kompyuterlərdən istifadə təcrübəsini yaradaraq insanların həyat tərzini dəyişdirib.

Eyni zamanda, onlar Microsoftun qurucusu Bill Qeytsin insanların iş üsullarında inqilab yaratdığını düşünürlər. Qeyd edək ki, Bill Qeyts reytinqdə ikinci yerdə qərarlaşıb.

Reytinqdə dördüncü yerdə Google axtarış xidmətinin yaradıcıları Larri Peyc, Serqey Brin və Erik Şmidt qərarlaşıb. Peycin sözlərinə görə, axtarış proseduru insan həyatında dişlərin təmizlənməsi kimi mühüm əhəmiyyətə malikdir.

Dünyanın ən böyük internet mağazası – Amazon.comun direktoru Ceff Bezos reytinqin beşinci pilləsində özünə yer edib.

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq səkkizinci olub.

Top onluğu Oracle şirkətinin direktoru və həmtəsisçisi Larri Ellison tamamlayır. O, biznes üçün dünyada proqram təminatının hazırlanması üzrə böyük şirkət təsis edib.
 

ŞƏRH YAZIN