Subay Olmağın Avantajları

0
2525
Subay Olmağın Avantajları

"Subaylıq sultanlıqdır" deyənlər hər halda, doğru deyiblər. Bu söz əvvəllər yalnız kişilər üçün deyilsə də, indi o sırada qadınlar da yer alır. Nəzərə alsaq ki, indiki vaxtda isə evlənmək istəməyən qadınların sayı çoxalmağa başladı. Bu artım səbəbsiz olmamalıdır. Subay olmağın üstünlükləri:

* Tətil dövrlərində, evin əskikləriylə məşğul olmaq yerinə yoldaşlarınızla gəzintiyə çıxa bilərsiniz.
 
* Televiziyanın uzaqdan əmr aləti həmişə sizin əlinizdə olar. Futbol matçı izləmək məcburiyyətində qalmazsınız.
 
* Evinizdə rahat ola bilərsiniz. Nizamlı yaşamanız lazım deyil.
 
* Yoldaşlarınızla dilədiyiniz kimi telefon söhbəti edə bilərsiniz. Saatlarla danışmanızda bir qorxu olmaz.
 
* Həftə sonlarını dilədiyiniz kimi keçirə bilərsiniz. İstəsəniz, gün boyu yataqdan çıxmayaraq, tənbəlliyin dadına çatarsınız.
 
* Qazandığınız pulu dilədiyiniz kimi xərcləyə bilərsiniz. Heç kim sizə tutumlu olmanızı nəsihət etməz və sizi pul yığmağa məcbur etməz.
 
* Evinizdə dilədiyiniz dekorasiya dəyişikliyini edə bilərsiniz. Kimsə sizə qarşı çıxmaz.
 
* Ətrafınızda hər vaxt bir heyran qrupu meydana gələr. Subay olmanız, kişilərin maraq çəkmənizi təmin edər. Qismətiniz həmişə açıq olar.
 
* Hər axşam iş dönüşü qan-tər içində mətbəxə girmək məcburiyyətində qalmazsınız. Canınız istəyirsə yemək edər, istəmirsə də etməzsiniz.
 
* Hər həftə alver siyahısını götürüb, marketə qaçdırmaq məcburiyyətində qalmazsınız.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN