Tarixin ən gözəl Təsadüfləri (I hissə)

0
8999
Tarixin ən gözəl Təsadüfləri (I hissə)

 Sizə tarixdə qeydə alınan ən gözəl təsadüflərdən danışacağıq. Hansı ki, bu təsadüflər hər kəsin olduqca marağına və təəcübünə səbəb olub. Siz də oxuyunca təəccüblənəcəksiniz.


1. Hamamda 125,000$ tapan 

Görünən o ki, hamamlar pul saxlamaq üçün ideal yerlərdən biri. Ohio`da yaşayan müteahhit Bob Kitts, Erie Gölü kənarında yerləşən 83 illik evi yuyarkən duş divarına gizlənmiş Böyük Böhran Dövründən qalma 182,000$ tapdı. Kitts ev sahibinə tapdıqlarından bəhs etdikdən sonra dərhal pulun necə bölünəcəyinə dair mübahisələr çıxdı. Sonrasında hadisə ev sahibi və müteahhit arasında qanuni bir döyüşə çevrildi. Daha sonra işin içinə bir də pulun içində olduğu zərfin üzərində yazan adın qohumları qarışdı. Bob Kitts çənəsini tuta bilmədiyinə peşman olmuş olmalıdır.

2. Pollock Tablosuna 5$ Ödədi, İndi Milyonlar İstəyir

Əgər incəsənət həvəskarı biri deyilsinizsə, bu tablo sizə rəngli, əyri xəttlərdən meydana gəlmiş kimi gələ bilər, ancaq bir mütəxəssisə görə mücərrəd ekspresyonizmin ustası olan Amrikan rəssam Jackson Poullockun orijinal əsəridir. 
 
1990-cı illərdə Kaliforniyadakı gəlir məqsədli ikinci əl malların satıldığı bir dükana girən Teri Horton küncdə kimsənin istəmədiyi bir tablo gördü. Təqaüdçü yük maşını şoferi olan qadın tablodan heç xoşu gəlməsə də , gülməli olduğunu düşündü və onu depressiyadakı yoldaşı üçün almaq istədi. 8 $ qiymətli tabloya 5 $ verərək sahib olan Horton yoldaşıyla pivə içərək tabloya dart oxları atmağı düşünürdü. Ancaq yoldaşlarından biri bir rəsm müəllimi ilə birlikdəydi. Adam şəkilə baxınca, "Əlində Jackson Pollock əsəri daşıyır ola bilərsən," dedi. Horton isə, "Pollock da kimimiş ki ?" cavabını verdi. Bu cümlə daha sonra 2006-cı ildə çəkilən sənədli filmin adı oldu. Sənədli filmdə qadının əlindəki tablonun Pollock əsəri olduğunu sübut etmə işləri izah edilirdi. Həqiqi olduğu sübut edilən tablonun qiymətinin 50 milyon dollar olduğu təyin olundu.

3. İstiqlaliyyət Bəyannaməsinin Rəsmi Kopiyasını 4 Dollara alan Adam

Şəxsiyyəti gizlənən bir adam Adamstowndakı bazardan 4$ verərək cırıq bir tablo aldı. Almağının səbəbi isə çərçivəni bəyənməsi idi. Evə gəlib çərçivəni şəkildən ayıranda çərçivənin arxasına gizlədilmiş İstiqlaliyyət Bəyannaməsinin 500 rəsmi kopiyasından birini tapdı. Oxuna bilər vəziyyətdə olan sənəd 4 İyul 1776 tarixində John Dunlap tərəfindən nəşr olunmuşdu. Bu kopya, indiki vaxtda olan 24 kopyadan biridir. 4 dollara alınmış olan sənəd Sotheby's'ta açıq artırmağa çıxarıldı və yeni sahibi 2,420,000$ ödəyən Donald J. Scheer oldu.

4. Evin zirzəmisində 140 İldən qalma Beyzbol Kartı Tapan Qadın

72 yaşındakı Kaliforniyalı Bernice Gallego, evinin bodrumunda Amerikanın ilk professional beyzbol komandasının kartını tapdı. Əgər yoldaşı hadisəyə müdaxilə etməmiş olsaydı, 1869 Cincinnati Red Stockings kartını internet üzərindən 10$'a satacaqdı. Kartın qarşısında bütün komandanın jelatin-gümüş, sepya bir fotoşəkili var. Arxa qisimdə isə New York idman vəsaitləri istehsalçısı Peck & Snyderin qırmızı-ağ reklamı var. 19. əsrdən qalma kart açıq artırmada 75,285$'a alıcı tapdı.

ŞƏRH YAZIN