Tarixin Ən Qəddar Xanımları

0
9100
Tarixin Ən Qəddar Xanımları

1. Darya Nikolayevna Saltikova (1730—1801)
Tarixə inkişaf etmiş rus mülkədarı kimi düşüb. 139-a yaxın qulluqçusunu öldürtdürüb.
 
2. Kraliça I Mariya (1516-1558)
İngilis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxan xanım Mariya ölkədə bərpa dövrünü başlayır və bu bərpa dövrü xalqa divan tutmaqla keçir. Minlərlə insan öldürülür, asılır və yandırılır.
 
3. Mayra Hindli (1942-2002)
Killer xanım dostu İen Brayenlə «ingiltərəli Bonni və Klayd” adı alıblar. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb təcavüz edib öldürüblər.
 
4. İzabella Kastilskaya (1451-1504)
İzabella katolik olmayanlara divan tutmaqla məşhurdur. İzabella Kastilskayanın dövründə İspaniyadan çoxlu yəhudi və ərəb köçüb (200 minə yaxın), qalanlarını isə güc ilə xristianlığı qəbul etməyə məcbur edirdilər, qəbul etməyənləri isə ocaq gözləyirdi.
 
5. Beverli Eplit (1968)
İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürüb, daha beşini isə ciddi zədələyib. O, uşaqların qanına küllü miqdarda insulin vuraraq onlarda ürək ağrısı yaradırdı.
 
6. Bell Qannes (1859-1931)
Bu xanım Amerikanın tarixində ən məşhur xanım – qatil olub. O iki ərini, qızlarını, bir neçə sevgilisini öldürüb. Onun əsas hədəfi – sığorta kompaniyalarından ölmüş insanların yerinə pul almaq idi. Onun hesabında 30-a yaxın ölüm durur.
 
7. Meri Enn Kotton (1832-1873)
Mərgümüş ilə 20-ə yaxın insanı zəhərləyib. Həyatı boyunca bir neçə ərini, uşaqlarını və hətta öz anasını öldürüb. O, öldürdüyü insanlara əzab verməyi sevirdi.
 
8. Elza Kox (1906-1967)
”Buxenvald qarı”sı kimi məşhur olan bu xanım konslaqerin komendatının arvadı idi. O,həbs olunanları qamçılayır, onlarla məzələnir, döyür və öldürürdü. Kox 1967-ci ildə türmədə özünə qəsd eləyib.
 
9. İrma Qriz (1923-1945)
Hitler Almaniyasının ən dəhşətli konslaqerlərindən birinin nəzarətçisi idi. O, həbs olunmuşlara həm fiziki, həm də psixoloji təsir göstərirdi. Qriz həbs olunmuşlara atəş edərək əylənirdi. O, itlərini soyuqda saxlayıb, sonra həbs olunmuşların üstünə buraxırdı.
 
10. Ketrin Nayt (1956)
Avstraliyanın tarixində ömürlük həbsxana həyatına məhkum olunmuş ilk xanım olub. 2001-ci ilin oktyabrında ailə münaqişəsində ərini öldürmüş, bədənini hissələrə ayırmış, sonra isə ölmüş cəsədi təhqir edib.
 
11. Erjebet Batoriy (1560-1614)
Macarıstanın kraliçası. O, öz qulluqçularına olmazın əziyyətlər verib, onlari döyüb, onların əllərini və bədənlərinin digər hissələrini də yandırır, diri-diri dərilərini soydurub onları zorlayıb öldürürdü. 1610-cu ildə onu evində gözaltına alıblar. Məhkəmə prosesində bildirilib ki, onun öldürdüyü insanların sayı 40 və ya 50 nəfərdir, lakin bir qulluçu bildirib ki, evdən yüzlərlə cəsəd çıxarılıb. O, 1614-cü ildə öz əcəli ilə ölüb.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 
 

ŞƏRH YAZIN