Tez-Tez Gördüyümüz Yuxular Hansılardır?

0
2625
Tez-Tez Gördüyümüz Yuxular Hansılardır?

Hər gecə yuxu görsək də,bəzən gördüyümüz yuxuları unuduruq.Bəs tez-tez gördüyünüz yuxuları xatırlayırsınız?Beləliklə,ən çox görülən 13 yuxu:
1.Qovalanmaq.
Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük.Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir.
2.Çılpaq qalmaq.
Yuxuda çılpaq qalmaq,müdafiəsizliyi ifadə edir.İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür.
3.Gizli bir yer kəşf etmək.
Gizli bir şey tapmaq,bir yer kəşf etmək gözlənilməyən hadisələr,sürprizlərlə qarşılacağınıza işarədir. 
4.Maşının idarəetməsini itirmək.
Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.
5.Yüksəklikdən düşmək.
Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur.Hadisələri öz axışına buraxsalar,daha bu yuxuları görməyəcəklər. 
6.Ölüm.
Yuxuda öldüyünü görmək incinməkdən qorxmaq deməkdir.Hansısa insanın öldüyü görmək isə onun ömrünün uzanmasına yozulur.
7.Dişin düşməsi.
Dişin düşməsi insanın özünə inamını itirməsi və ya xəstələnmək kimi mənalar verir.
8.İmtahana girmək,əvvəlki imtahanları görmək.
Tələbəlik,məktəb illərindən qalma qorxudur.Uğura öyrəşmiş tələbələrin qorxusudur.
9.Tələyə düşmək və ya qeyb olmaq.
İnsanın qərar verməkdə çətinlik çəkəcəyi mənasını verir.
10.Avtobusa və ya təyyarəyə gecikmək.
Vacib bir fürsəti qaçırmaq deməkdir. 
11.Suda boğulmaq.
İnamsızlıq mənasında başa düşülür.
12.Saç kəsmək.
Çox da yaxşı hadisələrin baş verəcəyinə işarə deyil.Xəbərdarlıq xarakterli yuxudur.
13.Göyə yüksəlmək.
Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyirə yozulan yuxulardandır.Yüksək mövqeyə yüksələcəksiniz.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN