Turistlərin Qalmağa Risk Etməyəcəyi Hotel.

0
2038
Turistlərin Qalmağa Risk Etməyəcəyi Hotel.

Perunun Urubamba şəhərindən 20 dəqiqəlik məsafədə dünyanın ən unikal hotellərindən biri yerləşir.

Hər turist bu hoteldə qalmağa risk etməz.
 
"Skylodge Adventure Suites" hoteli asma qayada, 120 metr hündürlükdə yerləşən üç şüşə kapsuldan ibarətdir.
 
Qalxma və enmə xüsusi təchizatı olan yolla həyata keçirilir. Burada qidalanma "Via-Ferrata" ip parkını ziyarətlə birlikdə yaşayış qiymətinə daxildir.
 
Hotel səkkiz nəfər üçün nəzərdə tutulub, bu səbəbdən yay tətili zamanı nömrəni səyahətdən bir ay əvvəl sifariş edirlər.
 
Alüminium və polikarbonatdan hazırlanmış kapsulun içində yataq, lampa və sanitar qovşaq var. Yuxarıda açıq havada səhər yeməyi yemək üçün kiçik terras da var.
 
Qonaqlara yeməyin çatdırılması ilə personal məşğul olur. Kapsuldan inklərin dərəsinə gözəl mənzərə açılır.
 
Təklikdə qalmaq istəsəniz, burada jalüz və pərdələr var.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN