Universitet uğurlu olmaq üçün bir şərtdirmi???

0
2622
Universitet uğurlu olmaq üçün bir şərtdirmi???

 Milyonlarla şagird hər il universitet imtahanını qazanaraq həyata gözəl bir başlanğıc etməyi planlaşdırır. Bəziləri isə? universitet həyatına heç başlamadan yada yarıda buraxaraq həyata təsirli bir başlanğıc etməyi üstün tutur.


Artıq məzun olmaq maddi müvəffəqiyyət üçün bir şərt say;lm;r. Bəziləri böyük risklər alaraq sahibkarlıq xarakterinin və karyerasının arxasından gedir. Onlar üçün təhsil deyilən şey tam bir zaman itkisidir. Onlar bir an əvvəl iş həyatına atılıb çalışmaq istəyirlər. Buna görə universitetdə özlərini və qabiliyyətlərini kəşf edərək karyera üçün təhsil həyatlarını sonlandırırlar. Bu böyük riski almış və müvəffəqiyyətə çatmış bəzi adları bir araya gətirdik.

1. Bill Qeyts

Dünyada texnologiya sektorundakı ən yaxşı iş adamlarından olan Qeyts 20 yaşlarında uşaqlıq yoldaşı olan Paul Allen ilə birlikdə Microsoftu qurma xəyalları ilə Harvarddan ayrıldı.

2. Ceyms Kameron

Bütün zamanların ən böyük maliyyə vəsaiti tələb edən iki filmi Avatar və Titanicin prodüserliyini boynuna götürmüş olan Kameron universitetdə fizika və İngilis dili üzrə təhsil alırdı, lakin bir il sonra buraxdı.

3. Ledi Qaqa

Ledi Qaqa dünyada çox az insanın qəbul edildiyi Nyu York Universitetinin İncəsənət fakultəsini qazanmışdı. Amma o öz musiqi karyerasına diqqət ayırmaq üçün ikinci kursda təhsilini yarıda saxladı. Atası Ledi Qaqanın musiqidə uğursuz olacağı təqdirdə, məktəbinə təkrar dönəcəyi şərti ilə bunu qəbul etdi.

4. Mark Zukerberq

Facebookun yaradıcısı Mark Zukerberq psixoloji və komputer elmi üçün 2004-cü ildə Harvardda təhsilə başladığında Facebookun təməllərini atmışdı. Facebook üzərində çalışmağa davam edə bilmək üçün ikinci ilində təhsilini buraxdı.

5. Ellen DeGeneres

Dünyaca məşhur talk şou aparıcısı Ellen DeGeneres ilk zamanlarda komediyaçı olaraq işə başladı. Ellen Nyu Orleans Universitetində Rabitə ixtisasına qəbul oldu amma təhsilini müstəsna karyerasına başlayarkən saxladı.

6. Tom Hanks

Dünyaca məşhur aktyor, rejissor və yazıçı Tom Hanks karyerası boyunca böyük uğurlara imza atdı. Gələcəyinə dair yaxşı fürsətlər qazandığını düşünən Hanks Kaliforniya Dövlət Universitetində oxuduğu Teatr təhsilini dayandırdı.

7. Stiv Cobs

Yaxın dostu Stiv Vozniakla 1976-cı ildə "Apple"a başlayan Cobs daha yaradıcı fikirlərə çatmaq üçün 6 aylığına Oregondakı Reed Kollecinə getdi amma sonunda o da təhsilini saxladı.

8. Matt Damon

Hollivudun məşhur ulduzlarından Matt Damon kastinglərə qatılmaq üçün dərslərindən uzaq düşən biri idi. Universiteti bitirməsinə az qala Aktyorluq karyerası üçün Harvardı tək etdi.

9. Michael Dell

Texnologiya markalarındam "Dell"in qurucusu və CEO-su (İdarə heyətinin sədri) olan Michael Dell Texas Austin Universitetindən ayrılaraq iş dünyasına qatıldı.

10. Opra Uinfri

1986 tarixindəki Oprah Winfrey Show ile olduqca yaxşı tanınan Opra dünyada məşhur superstarların bəziləri ilə böyük görüşlərə, reportajlara imza atdı. Dövlət hesabına qəbul olduğu Tennessee Dövlət Universitetini öz istehsal şirkətini yayım həyatına başlada bilmək üçün buraxdı.
 
11. Tiger Woods
 
Tiger Woods karyerasına başladığı gündən bu yana hər zaman 1 nömrəli qolf oyunçusu olaraq xatırlandı. Dünyanın ən çox qazanan idmançılarından biri olan Tiger Stanford Universitetinə qəbul olmuşdu amma idman karyerası üçün təhsilini dayandırdı.

ŞƏRH YAZIN