Uzunömürlülüyə gedən 10 addım!

0
1681
Uzunömürlülüyə gedən 10 addım!

 Uzunömürlü olmaq istəyirsən? O zaman əməl etməyin gərəkən 10 tələb var.


Hazırda uzunömürlülük göstəriciləri o qədər də ürəkaçan deyil. İnsanlar 80-90 yaşında ölənlərə az qala bəxtəvər kimi yanaşırlar. Orta hesabla yaponlar 79 il, yunanlar 78 il, amerikanlar 76 il, türk xalqları 67 il, nigeriyalılar və somalililər isə 47 il yaşayırlar. Beynəlxalq həkim, psixoloq və dietoloq dəstələri birlikdə “10 tələb” işləyib hazırlayıb ki, buna əsasən ömrümüzü uzada bilərik.

1-ci tələb

Həddindən artıq yeməyin! Bu yolla siz hüceyrələrinizin işini yüngülləşdirəcək və onların aktivliyini saxlamış olacaqsınız. Hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur.

2-ci tələb

Menyu yaşınıza uyğun olmalıdır. 30 yaşlı xanımlar müntəzəm olaraq qaraciyər və qoz yesələr, qırışları gec əmələ gələr. 40 yaşından yuxarı olanlar üçün beta-karotin məsləhətdir. 50 yaşından sonra isə sümükləri formada saxlamaq üçün kalsium, ürəyin işini normallaşdırmaq üçünsə maqnezium mütləqdir. Bu yaşda balıq yeməklə ürək və qan damarlarını qorumuş olacaqsınız.

3-cü tələb

Özünüzə uyğun olan iş tapmağa çalışın. Sosioloqlara görə, bəzi peşələr cavanlığı qorumağa kömək edir. Bura dirijorluq, rəssamlıq və filosofluğu misal çəkirlər.

4-cü tələb

Həyatda yarınızı tapın! Sevgi və nəzakət qocalığa qarşı əla vasitədir. Həftədə iki dəfə intim əlaqədə olmaqla insan yaşından 14 il cavan görünür. Cinsi əlaqə zamanı orqanizmdə endorfin hormonu (xoşbəxtlik hormonu) yaranır ki, o da immun sisteminin möhkəmlənməsinə gətirir.

5-ci tələb

Hər bir şeyə şəxsi fikriniz olmalıdır. Həyatı dərk edərək yaşayan adam az hallarda depressiyaya düşür.

6-cı tələb

Hərəkət edin! Hətta gün ərzində 8 dəqiqə idmanla məşğul olmaq ömrü uzadır. Hərəkət prosesində böyümə hormonları çıxır. İnsan hərəkətsiz olanda 30 yaşından sonra bu hormonların inkişafı dayanır.

7-ci tələb

Sərin otaqda yatın! Sübut olunub ki, 17-18 dərəcə temperatur olan otaqda yatanlar daha çox cavan qalırlar. Bunun səbəbi ondadır ki, orqanizmdə maddələr mübadiləsi və yaş xüsusiyyətlərinin yaranması həm də ətraf mühitin temperaturundan asılıdır.

8-ci tələb

Arabir özünüzü ərköyünləşdirin! Bəzən sağlam həyat tərzinin əksinə gedərək istədiyiniz şirniyyatı yeyin. Əgər hansısa paltar və ya çanta çox xoşunuza gəlibsə, qənaət haqqında düşünməyin.

9-cu tələb

Həmişə qəzəbi özünüzdə boğmayın! Kimisi onu incidən şey haqqında danışmaqdansa, mübahisə etməkdənsə, həmişə özünü günahlandırır. Bu da müxtəlif xəstəliklərə, xüsusilə bədxassəli şişlərə səbəb olur. Beynəlxalq araşdırmanın nəticəsinə görə, xərçəng xəstələrinin 64 faizi qəzəbi həmişə daxillərində saxlayıblar.

10-cu tələb

Beyninizi məşq etdirin! Arabir krossvord həll edin, kollektiv oyunlar oynayın, xarici dil öyrənin. Təkcə kalkulyatorla deyil, beyninizdə hesab aparın.

ŞƏRH YAZIN