Xanımların dodaq boyaları ...

0
6642
Xanımların dodaq boyaları ...

 Kişilər, bu məqaləmiz sizədir. Əgər bir xanımı daha yaxşı tanımaq istəyirsənsə, dodaq boyasına fikir verin. Bəli bəli, dodaq boyaları qadınlarla bağlı demək olar ki, hər şeyi açıqlayır.


Məsələn, klassik qırmızı
 
Qırmızı "məni hiss et"mənasını verən bir rəngdir. Qırmızı rəngdə dodaq boyasından istifadə zamanı fərqlənməyi istədiyinizi izah etmiş olursunız. Qızlar, çölə çıxarkən əgər həyatınızın eşqini tapmaq istəyirsinizsə klassik qırmızı tonlarından istifadə edə bilərsiniz. Həm də çalışın ki, getdiyiniz məkana uyğun dodaq boyasından istifadə edəsiniz.

Parlaq çəhrayı
 
Canlı çəhrayı tonları da macəra dolu və əvəzsiz bir şəxsiyyət olduğunuzun göstəricisidir.

Tünd bənövşəyi
 
Tez-tez seçim edilməsə də paltara uyğun olaraq xüsusilə açıq rəngli bədənə yaraşır. Tünd bənövşəyi tonlarından istifadə edənlər adətən riskə getməkdən qorxmayan xanımlardır. Sözünüzlə və fikirlərinizlə qərarlı bir obraz yaratmaq istəyirsinizsə tünd tonlarını seçməyi məsləhət görürük.

Neytral rənglər
 
Dərinizlə eyni rəngə sahib dodaq boyaları ümumiyyətlə nəfis görünmənizi təmin edər. Məqsədiniz fərqli görünmək deyilsə yalnız qəşəng olmaqdırsa neytral tonlar üzərində dayanın.

Narıncı tonlar
 
Gözə dəyən, bəlkə ilk baxışda bəyənilməyən ancaq paltara və tərzə bağlı olaraq istifadə etmək olar. Xüsusilə də açıq rəngli bədənə çox yaraşan narıncı dodaq boyaları özünə inamın göstəricisidir. Həm də sizin yeniliklərə nə qədər açıq bir şəxsiyyət olduğunuzu ifadə edər.

ŞƏRH YAZIN