Yaşıl çayın ən önəmli özəlliyi ...

0
2906
Yaşıl çayın ən önəmli özəlliyi ...

 Əgər unutqan birisinizsə, o zaman dərmanınız yaşıl çaydır. Bəli bəli. İnanmırsınız?


Çayın sinirləri qoruduğunu bildirən fitoterapevt Prof. Erdem Yeşilada gündə 1-2 stəkan yaşıl çay qəbul etməyin düşünmə qabiliyətindəki zəifliyinin qarşısını aldığını bildirir. Çay bitkisinin qüvvətli antioksidan təsirinə görə ürək və damar xəstəliklərinin, müxtəlif xərçənglərin inkişafının qarşısını aldığı ortaya çıxıb.

Araşdırmalarda çayın diqqəti çəkən bir başqa əhəmiyyətli tərəfi "nevroprotektif” təsiri, yəni sinirlərə qoruyucu xüsusiyyəti aşkarlanıb. Araşdırmanın nəticələrini qiymətləndirən Prof. Dr. Erdem Yeşilada bunları söyləyib: "Araşdırma nəticələri gündə 1-2 stəkan yaşıl çay qəbul etmənin, yaşlılıqda anlama və düşünmə qabiliyyətinin azalma statistikasında diqqət çarpan dərəcədə qarşısının alınmasını ortaya çıxarır. Bu ağlını itirməyə maneə törədilməsi baxımından əhəmiyyətlidir. Araşdırmanın başqa əhəmiyyətli tapıntısı da yaşıl çaydakı faydanın qəhvə istehlak edənlərdə görülməməsidir. Bu da yaşıl çayın faydasının onun tərkibindəki polifenolik komponentlərin, xüsusilə epigallokateşinin təsirli olduğunu düşündürür".

Prof. Dr. Erdem Yeşilada normal miqdarda yaşıl çay qəbul etmənin yaşlılıq üçün yaxşı bir sərmayə olmasını bildirib.

ŞƏRH YAZIN