Yediyiniz qidaların rəngləri önəmlidir!

0
2121
Yediyiniz qidaların rəngləri önəmlidir!

 Sən demə rənglərin xəstəliklərlə əlaqəsi varmış. Bəli bəli. Məsələn, ağlar xolesterolu azaldarkən, bənövşəyilər xərçəng və yaddaşda çox təsirlidir. 


Amerika Xərçəng Dərnəyi və John Hopkins Xəstəxanasının apardığı ortaq araşdırma diyeti meydana gətirən rənglərin xəstəliklərlə yaxın əlaqəsi olduğunu ortaya çıxardı. Tərəvəz və meyvədən zəngin diyet xərçəng və xroniki xəstəlik riskini azaldır. Onların qənaətinə görə, ağlar xolesterolu azaldarkən, bənövşəyilər xərçəng və yaddaşda çox təsirlidir. "Nə yeriksə, oyuq" sözü bir daha təsdiqləndi.

Aparılan son işlər, gündəlik olaraq 5 və üzərində rəngli tərəvəz və meyvə istehlakının sağlam həyat üçün çox əhəmiyyətli olduğunu sübut etdi.

Tərəvəz və meyvələrin təmin etdikləri vitamin, mineral, sıxa (lifli qidalar) və fitokimyəvi ilə sağlamlığı inkişaf etdirdikləri, yaşlanmanın səbəb olduğu təsirlərin qarşısını aldığı, xərçəng və ürək xəstəlikləri riskini azaltdıqları təyin olundu. 

AĞ QİDALAR
 
Ağ rəngli qidalar LDL xolesterolu azaldıb, ürək xəstəlikləri riskini azaldır. Banan, armud, gül kələm, sarımsaq, soğan, göbələk, kartof kimi ağ rəngli qidaları istehlak edərək ürək xəstəlikləri riskinizi minimuma endirməniz mümkündür. 

MAVİ VƏ BƏNÖVŞƏYİ
 
Mavi və bənövşəyi rəngli qidalar təsirini ən çox yaddaş üzərində göstərir. Bu rəngdəki qidalar bir çox xərçəng növünə (başda prostat xərçəngi olmaq üzrə) tutulma riskini azaldır. Qan dövran sisteminin qorunmasına və sağlam yaşlanmağa da kömək edir. Ərik, qara üzüm, badımcan, böyürtkən, əncir, çöl mersini, kələm kimi qidaları tez-tez istehlak etməyə diqqət edilməsini mütəxəsislər xəbərdarlıq edir. 
 
SARI VƏ NARICI
 
Sarı və narıncı rəngli qidalar immunitet sisteminin güclənməsini təmin edir. Göz və ürək xəstəliklərinə qarşı qalxan meydana gətirir. Portağal, şaftalı, mango, qovun, kök, ananas, üzüm, balqabaq, ərik, sarı alma, qarğıdalı bu rəng qidalar arasındadır. 
 
YAŞIL QİDALAR
 
Yaşıl rəngli qidalar sümükləri qoruyur, dişləri gücləndirir, göz sağlamlığına zərər gəlməsinin qarşısını alır. Bəzi xərçəng növlərinə tutulma riskini də azaldır. Yaşıl rəngli qidalar arasında kivi, ispanaq, brokoli, brüksel kələmi, kahı, kələm, avakado, yaşıl alma, xiyar, bibər, təzə soğan, roka kimi qidalar iştirak edir. 
 
QIRMIZI QİDALAR
 
Pomidor, qırmızı alma, çiyələk, qarpız, ahududu, albalı, turp kimi qırmızı qidalar sağlamlıq cəhətindən olduqca əhəmiyyətlidir. Qırmızı rəngli qidaların Alzheimer xəstəliyindən qorunmaqda baş rolu oynadığı artıq sübut edildi. Qırmızı qidalar, ürəyin qan axınını təşkil edir və üriner sistemin sağlamlığını da qoruyur.

ŞƏRH YAZIN