Yəhudilər Deyir Ki ...

0
14658
Yəhudilər Deyir Ki ...

Hər bir millət dünyada dəyərləri, mentaliteti, mədəniyyəti, dünyagörüşü ilə tanınır. Millətlər arasında özünəməxsus yer tutan İsrail xalqının ata sözləri ilə tanış olaq. Yəhudi ata sözlərindən ən maraqlılarını sizinlə paylaşırıq.

1. Adəm dünyanın birinci xoşbəxtidir, çünki qaynanası olmayıb;

2. Əgər problemi pulla həl eləmək olursa, demək bu problem deyil xərcdir;

3. Tanrı insana iki qulaq və bir ağız verib ki, insan daha çox qulaq asıb az danışsın;

4. Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün canını qurtar;

5. Şərab girdi - sirr çıxdı;

6. Tanrı hər yerdə eyni anda ola bilmədiyindən anaları yaratdı;

7. Şirin olma səni yeyə bilərlər, acı olma səni tüpürə bilərlər;

8. Keçidən öndən, atdan arxadan, axmaqdan hər tərəfdən qorun;

9. Qonaq və balıq üç gündən sonra iylənir;

10. Bilik beyində çox yer tutmur;

11. İnsan ən azından marağa görə yaşamalıdır;

12. Topalın sürətlə qaçmasını, kor kara danışmasını kar eşidmişdir;

13. Tanrı kasıbları ən azından bahalı günahlardan qoruyur;

14. Qarımış qız ərə gedən andan cavan qadına çevrilir;

15. Valideynlər uşaqlarına danışmağı, övladlar isə valideynlərinə susmağı öyrədirlər;

16. Uzaqdan bütün insanlar pis deyil;

17. Bəlkə yumurtalar toyuqlardan daha ağıllıdır, amma onlar tez xarab olur;

18. Qadınlar az danışsaydı kişilər daha çox iş görərdilər;

19. Mənalı danışmaqdan, mənalı susmaq daha çətindir;

20. Tanrım! Mənə qalxmağa yardım et, düşməyi özüm də bacararam;

21. Əgər həyat yaxşılığa doğru dəyişmirsə gözlə, pisliyə doğru mütləq dəyişiləcək;

22. Nə qədər sevgi şirin olsa da, ondan şirə çəkmək mümkün deyil;

23. Etmək üçün heç bir iş olmayanda, dahi işlərdən yapışılır;

24. Hamı pulsuzluqdan şikayət edir, amma ağılsızlıqdan heç kim;

25. Təcrübə - bu sözdür, hansı ki insanlar öz səhvlərini adlandırırlar;

26. Qırış - kamilliyin göstəricisi deyil qocalığın göstəricisidir;

27. Qoca insan pis görsə də daha aydın görür;

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN