Yuxusuzluğunuza səbəb ...

0
1913
Yuxusuzluğunuza səbəb ...

 Yuxusuzluğunuzun səbəbini axtarırsınız. Amma ya axtardığını tapa bilmirsiniz, ya da tapdığınızı düzəldə bilmirsiniz. O zaman psixoloq məsləhətlərini təqdim edirik.


Problemin səbəbi çox ola bilər. Əsəb, stress, yorğunluq və.s. Rahat yuxu yatmaq üçün bunları aradan qaldırmaq lazımdır.. 

Əsəbdən yata bilmirsinizsə, əsəb sakitləşdirici, yuxu gətirici dərmanlara çox aludə olmayın. Çünki sizdə asıllıq yarada bilər. Əsəb sakitliyi üçün dəm otu, dazotu, may otu bunların hərəsindən 1çay qaşığı götürülür dəmlənilir. Gündə 2 -3 dəfə çay əvəzi içilir. 20 gün içilməlidir. 

Gecə boyunca çəkilən yuxu, gün ərzində enerji zəifliyi, halsızlığa baş ağrısına, yorğunluğa və hətta bədbəxtliyə belə səbəb ola bilər.

Rahat və şirin yuxu üçün isə diqqət yetirməniz lazım olanlar çox sadə üsulları bilmək lazımdır. 
Yuxusuzluq problemi çəkirsinizsə, yataq otağının səhər günəşi işığının düşməməsinə diqqət yetirin.

Yataq otağınızda yuxunuza mane olacaq televiziya, mobil telefon, kompüter kimi texnologiya əşyalarını saxlamayın.

Yataqda yatdığınız zaman gün ərzində yaşanılanları ya sabahısı günün planlarını fikirləşməməyə cəhd edin. Düşündüyünüz hər an və ya plan yuxunuza mane olacaq.

Həddindən artıq yemək yemək yuxu problemlərinə və yuxu görməyə, narahat yatmağa səbəb ola bilər. Bu səbəblə yatmadan təxminən iki saat əvvəl artıq yeməyinizi yemiş olun .

Rahat yuxu yatmaq istəyirsinizsə, yatmazdan əvvəl ilıq bir duş həm günün yorğunluğunu üzərinizdən götürəcək həm də yuxu probleminizi ortadan qaldıracaq.
 
Yatmazdan əvvəl 30 dəqiqə gəzinti də şirin yuxuya səbəb olar.

ŞƏRH YAZIN