Yuxusuzluq yaradıcılığı zəiflədir

0
1256
Yuxusuzluq yaradıcılığı zəiflədir

 İnsan sağlamlığı üçün yuxu əsas şərtlərdəndir. Çünki, yuxusuzluq nəticəsində yaradıcılıq imkanları azalır, düşünmə qabiliyyəti və yaddaş zəifləyir. Almaniyalı alimlərin apardığı araşdırma bunu deməyə əsas verir. 


Bunu öyrənmək üçün Lyubnek universitetinin əməkdaşı doktor Ulrix Vaqner və köməkçiləri maraqlı təcrübə həyata keçiriblər. Təcrübələrdə könüllü şəkildə iştirak edən tələbələri iki qrupa bölüblər. Birinci qrupun nümayəndələri gün ərzində 8 saat yatıbar, digər qrup üzvləri isə az yatıblar. Hər iki qrupun nümayəndələrinə eyni məsələlər veriblər. Normal yuxu yatan tələbələr həmin məsələləri iki dəfə tez həll edə biliblər.

Təsdiq olunub ki, yuxusuzluq insanın düşünmə və yaradıcılıq qabiliyyətini zəiflədir.

ŞƏRH YAZIN