Gələcək 5 İldə Marketinqin İnkişaf İstiqamətləri

0
1055
Gələcək 5 İldə Marketinqin İnkişaf İstiqamətləri

Mütəxəssislər növbəti 5 ildə marketinq gedişlərinin siyahısını tərtib ediblər.

Reklamlar faydalı olmalıdırlar

İstifadəçini darıxdırıcı məsləhətlərlə bezdirmək lazım deyil, onun həyatını asanlaşdırmağa çalışın. Hər hansı bir brendin özünü nümayiş etdirməsinə reklam deyilir. Sizə maliyyələrinizi idarə etməyə, uşaqları tərbiyyə etməyə, turlar və biletlər bron etməyə kömək edən saytları darıxdırıcı promouşn kimi deyil, lazımi xidmətlər kimi qəbul etmək lazımdır. Məsələn, Nutricia Club analara uşaqları tərbiyə etməyə kömək edərək onlara peyvəndlərin zamanını xatırladır.

“Məni əyləndir, mən də səni alım!” prinsipi

Bir neçə il əvvəl alıcıların tələbləri bu prinsipə əsaslanırdı və brendlər müştərilərə tarixçələr danışmağa başladı. Məsələn, TWIX şokoladlarının reklamında şokolad çubuğunun sol və sağ tərflərinin münaqişələri haqqında tarixçəni xatırlayın. Brendlərin işlətdiyi bu gediş bugünkü günə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. 

Ümumi səfərbərlik

Artıq bugünkü gündə insanların həyatında smartfonların rolu heyrətedicidir. Hər il smartfonların satışı 40- 50% artır. 2012-ci ildə 713 milyon ədəd, 2013-ci ildə isə 238 milyon ədəd smartfon satılmışdır. Növbəti 5 ilin şüarı bu cür səslənirdi: “Əgər siz internetdə yoxsunuzsa, deməli biznesdə də yoxsunuz”.

Bugünkü gündə isə biz belə deyirik: “Əgər sizin smartfonunuz yoxdursa, deməli siz özünüz yoxsunuz”. Mobil mühitə maksimal inteqrasiya uğura aparan yoldur.

Gözəldirsə, deməli rahatdır

Müasir dizaynın dili istehlakçı ilə qarşılıqlı anlayışı nəzərdə tutur. Bu dizayn qrafik, sənaye və yaxud web dizayn ola bilər.

Çeviklik və dinamika

Deyilir ki, müasir məlumat mühiti 72 saat ərzində yenilənir. Biznesin və həyatın sürəti artır. Buna görə öz yubileylərini qeyd etmək istəyən şirkətlər və brendlər səbrli, dəyişikliklərə dözümlü olmalı və bazarı sağlam şəkildə təhlil etməyi bacarmalıdırlar. Cari hadisəyə adapte olmağı bacaran çevik strukturlar maksimal həyata davamlığa malikdirlər.

Həyatımızda innovasiya!

Bugünkü gündə nanotexnologiyalar, virtual alış-veriş, elektron biletlər hər kəs üçün adiləşib. Qəbul etməliyik ki, istehlakçı real və virtual həyat arasında sərhəd olmayan bir aləmdə yaşayır. Buna əsaslanaraq şirkət reklamını elə təqdim etməlidir ki, onun məhsulları müştərinin “əli altında” olsun.

İnvestisiya pəhrizi

Hər bir brend Facebookun uğurunu təkrarlamağının xəyalını qurur və eyni anda hər kəs yaxşı başa düşür ki, bu uğuru təkrar etmək mümkün deyil. Beş dəqiqə ərzində milyonluq sazişlər, meqa gəlirli ideyalar - bunlar yalnız kinolar üçün süjetlər ola bilər. Əgər siz uğura nail olmaq istəyirsinizsə, öz binesinizdə 5- 15%-li gəlirlərə əsaslanın. O zaman sizin investorlarla danışıqlarınız daha uğurlu olacaq.

Adaptasiya: “piksellərlə düşünün”

Sahibkarlar qəbul etməlidirlər ki, istehlakçıların həyatı müxtəlif ekranlarla zəngindir: smartfon, televizor, planşet, kompüterin monitoru və s. Elə edin ki, sizin “rəsminiz” bütün ekranlarda eyni cür əks olunsun.

 

Vüqar Bağırov

 

ŞƏRH YAZIN