İnsanlara necə təsir etmək olar?

0
2036
İnsanlara necə təsir etmək olar?

Nəhəng şirkətləri ortabab şirkətlərdən ayıran başlıca xüsusiyyət, təşəbbüskar və proaktiv davranan rəhbərlərə və işçilərə sahib olmalarıdır. Proaktiv insanlar gördükləri işi bir addım qabağa aparmaq, effektli etmək üçün yaradıcı planlar həyata keçirə bilən və bu istiqamətdə addım atmaqdan çəkinməyən, fərqli insanlardır. Bunun üçün də ətraflarındakılara təsir göstərmək, hədəflərinə çatmaqlarını asanlaşdıracaq insanları yola gətirmək və onların dəstəyini təmin etməkdə uğurlu olmaq məcburiyyətindədirlər. Özlərilə eyni hədəfə doğru çiyin-çiyinə yeriyəcək insanları təsir altına salmağı, öz tərəfinə çəkməyi bacarmalıdırlar.

Fərqli işlər görün və ya ediləni fərqli edin

Hər bir insan həyatındakı böyüklü-kiçikli bütün hədəflərini gerçəkləşdirmək üçün ətrafındakı insanları öz təsir dairəsinə salmaq istəyir. Təsir etməyin ən mühim göstəricisi, yaradılan təsirlə nəticəni dəyişməkdir. “Nəticəni dəyişdirmək” liderlik xüsusiyyətlərinin ən mühim ölçüdə həyata əks olunmasıdır. Çünki ətrafındakılara təsir etməyi bacaran bir birləşdirir, hərəkətə gətirir, dəyişdirir, dəyişiklik edir və iz buraxır. Ancaq bu qədər yuxarı idarəetmədə olmasa da, hər kəs iş, ailə və sosial həyatında hər hansı bir təsir yaratmaq istəyir. Bu yolla həm etibar qazanılır, həm də insan istədiklərini daha asan yolla digərlərinə gördürmək imkanı əldə edir.

Təşəbbüs göstərərkən nəticələr düzgün hesablanmaya bilər. Bəzi həssaslıqlar nəzərə alınmazsa, bəzən başqa insanların hədəfləri və mənfəətlərində ziddiyyət və çatışmazlıqlar yarana bilər. Hətta proaktiv davranan şəxs, başqalarının gözünə girməyə başlar, müəssisənin xeyrinə olmaqdan çox şəxsi xeyirini güdən kimi şərh oluna bilər. Bu səbəbdən də, təşəbbüs göstərərkən başqalarının fikirlərinə hörmətlə yanaşmaq, bütün bunları nəzərə alaraq insanları öz hədəfləri istiqamətlərində yönəltmək lazımdır.

 

ŞƏRH YAZIN