Loqotiplərə xərclənən pullar

0
1762
Loqotiplərə xərclənən  pullar

Loqotip hərhansı bir şirkətin starteji inkişafı üçün ən vacib faktorlardan hesab olunur. Loqotiplərin hazırlanmasına xərclənən vəsaitlər heç də bir mənalı deyil. 

 
Dünya brendləri loqotiplərin hazırlanması üçün milyon dollar xərcləyir. Amma sadəcə 15 dollar ödəməklə loqotiplərini yaradan şirkətlər də az deyil. bəzi şirkətlərin öz loqotiplərinə xərclədiyi məbləğ haqda məlumat verəcək. Oxuyun, təəccüblənəcəksiz.
 
Google Xərclənib: 0 dollar
 
Çoxrəngli Google öz loqotipində illər ərzində bir neçə dəfə dəyişiklik etməsinə baxmayaraq, orijinal dizaynı 1998-ci il təsisçisi Sergey Brin pulsuz qrafik proqramı GİPM-də hazırlayıb. Google embleminin digər hazırlıq işləri isə Sergey Brinin universitet rəfiqəsi Rute Kedar tərəfindən hazırlanıb.
 
Coca-Cola Xərclənib: 0 dollar
 
Məşhur “Coca-Cola” şirkətinin loqotipi 1886-cı ildə təsisçinin dostu mühasib Frenk Robinson tərəfindən yaradılıb. Şirkətin rəsmi saytı qeyd edir ki, “reklamda iki “C” hərfinin yaxşı görünəcəyi üçün” Robinson “Coca-Cola” adını təklif edib. O, qeyri-adi loqotip üzərində çalışarkən hər şeyi təcrübədən keçirərərək o dövrə xarakterik olan Spenser şriftini işləyib hazırlayıb.
 “Ford Motor Company” və “Coca-Cola” Spenser şrifti ilə yazılıb.
 
Twitter Xərclənib:  15 dollar
 
Dünyaca məşhur olan Twitter şirkətinin “quşcuğazı” cəmisi 15 dollara başa gəlib. Şəkilin müəllifi - hazırda Yaponiyada yaşayan əslən britaniyalı rəssam Saymon Oksli öz işinə görə 6 dollar qazanıb.
 
Nike Xərclənib: 35 dollar
 
Şirkətin təsisçisi Fil Nayt qrafik dizayn üzrə təhsil alan tələbə Kerolin Devidson ilə birgə çalışaraq 1971-ci ildə məşhur loqonu işləyiblər.
 
35 dollarını “Nike” nişanəsinə vermək istəməyən şirkətin təsisçisi Fil Nayt qeyd edirdi: “Bu loqo heç də mənim xoşuma gəlmir, ümid edirəm vaxt keçdikcə mən onu bəyənəcəm”.
 
NeXT Xərclənib:  100.000 dollar
 
Apple şirkətini tərk etdikdən sonra Stiv Cobs 1985-ci ildə əsasını qoyduğu şirkətin loqotipini məşhur İBM, çatdırılma xidməti olan UPS və telekanal ABC kimi şirkətlərin emblemini hazırlayan loqotip dizayner Pol Rend tərəfindən hazırlanıb.
 
London-2012 Olimpiya oyunlarıXərclənib:  400.000 funt sterlinq (təqribən 625.000 ABŞ dolları)
 
2007-ci il «Wolff Olins» agentliyi tərəfindən hazırlanmış loqo tənqid atəşinə tutulub. Buna səbəb isə emblemin sanki iki fiqurun oral sekslə məşğul olması şəklində yaradılması olub. 
 
Pepsi Xərclənib:  1.000.000 dollar
 
Loqotip 2008-ci ildə Arnell Group tərəfindən yenilənib
 
BBC Xərclənib:  1.8000.000 dollar
 
1997-cil BBC kanalı təzadlı rənglərdən istifadə olunaraq bir qədər yana əyilmiş yazı şriftini adi kvadratlar içərisində Gill Sans şriftləri ilə yazılmış loqoya dəyişdi.
 
BP (British Petroleum) Xərclənib: 211.000.000 dollar
 
BP şirkəti öz loqotipi üçün 2008-ci ildə 211 milyon dollar xərcləyib.
 

ŞƏRH YAZIN