McDonald’s analitikası

0
1816
McDonald’s analitikası

Məşhur McDonald’s sürətli qidalanma şəbəkəsi bu il öz yubileyini, yəni yaranmasının 75 ilini qeyd edir. Hazırki gündə bu amerikalı şirkət bütün dünyada restoranlara, iri həcmdə pul dövriyyəsinə və məşhurluğa sahibdir. McDonald’s restoranları daim müştəri ilə zəngindir.


Şirkət haqqında bəzi faktlar və analitika ilə tanış olaq:

McDonald’s menyusunda əvvəllər ilk punktda hamburger deyil, məhz hot-doglar yer almışdı.
8 amerikalıdan 1-i mütləq şəkildə McDonald’s şəbəkəsində işləmişdir.
 
McDonald’s menyusunda Sezar salatı hamburgerdən daha çox kaloriyə sahibdir.
 
McDonald’s şəbəkəsi il ərzində 68 milyon insanı doyurur. Bu Böyük Britaniyanın ümumi əhali sayından çoxdur.
 
McDonald’s-ın illik gəliri 74 milyon dollar təşkil edir.
 
McDonald’s şirkətinin loqotipi xaç işarəsindən daha çox yayılıb.
 
Artıq uzun müddətdir ki, “Big Mac” müxtəlif ölkələrdə əhalinin alıcılıq qabiliyyətini müqayisə etmək üçün iqtisadi indeks kimi istifadə olunur.
 
McDonald’s şirkəti ən böyük oyuncaq distrübutorudur.
 
McDonald’s şəbəkəsinin restoranlarından birinin sahibi Böyük Britaniya kraliçasıdır və bu restoran Bukingem sarayında yerləşir.
 
Nə qədər qəribə səslənsə də, McDonald’s heç də ən böyük restoranlar şəbəkəsi deyil. Liderlik Subway şirkətinə məxsusdur.
 
Hindistanda orta statistik bir hindlinin bir “Big Mac” qazanması üçün təqribən 6 saat işləməsi lazımdır.
 
1970-ci illərdə McDonald’s-da pizza sifariş vermək mümkün idi.
 
Adi McDonald’s əməkdaşına şirkətin CEO-sunun 1 saat ərzində qazandığı pulu qazanması üçün 7 ay lazımdır.
 
McDonald’s-ın korporativ saytında fast food qidalarından uzaq olmaq məsləhətləri verilir.
 
McDonald’s şirkəti hər 14,5 saatda yeni müəssisə açır.

ŞƏRH YAZIN