Targetinq nədir ?

0
1888
Targetinq nədir ?

Targetinq – (ingilis dilində “target” – “məqsəd” sözündən yaranmışdır) müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılmasıdır. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə çatdırılmasıdır.


Targetinqin necə işlədiyi ilə tanış olaq:

Məlumatın toplanması mərhələsində auditoriyanın monitorinqi həyata keçirilir. Bu mərhələdə istehlakçının maraq dairəsi, ziyarət etdikləri online mağazalar, reaksiya verdikləri məlumatlar və s. barədə məlumat toplanır.
Məlumatın təhlili mərhələsində əldə edilmiş külli sayda məlumatdan auditoriya üçün üstünlük verilən nəticənin çıxarılması həyata keçirilir. Sözsüz ki, bu zaman targetinq həyata keçirən şirkət öz məhsullarına uyğun auditoriya qrupu yaradır.
Növbəti mərhələdə seçilmiş kütlə üçün məhsul və xidmət barədə məlumatı təqdim etmək zamanıdır. Auditoriya təyin edildikdən sonra məlumatlandırıcı reklam mesajı hazırlanır.
Reklam isə potensial auditoriyanın daxil olduqları resurslarda (müəyyən saytlarda, səhifələrdə, mağazaların səhifələrində, jurnal bölmələrində, televiziya verilişlərində) yerləşdirilir.
Bundan əlavə, Targetinqin müəyyən növləri və onların da özünəməxsus tapşırıqları mövcuddur. Bunlar hansılardır:

Tematik targetinq – Məlumatlandırıcı reklam mesajlarının məzmuna uyğun gələn informasiya platformalarında göstərilməsidir.
 
Məzmun targetinqi – (marağa görə hədəfləmə, məzmun reklamı). Reklam platformasını ziyarət edən kütlənin maraqlarını hədəfləməkdir.
 
Coğrafi targetinq. Targetinqin bu növündə reklamın reklam verən şirkət tərəfindən  seçilmiş müəyyən coğrafi ərazidə göstərilməsi nəzərdə tutulur.
 
Zaman targetinqi. Reklamın belə desək səhər və yaxud axşam, həftə içi və yaxud həftə sonu, kütlənin üstünlük verdiyi zamanlarda göstərilməsidir.
 
Sosial-demoqrafik targetinq — müəyyən yaş həddinə, cinsə, gəlirə, sosial statusa və s.ə hədəflənməkdir.
 
Davranış targetinqi. Targetinqin ən perspektivli növlərindən biridir. Targetinqin bu növü kütlənin davranışlarına uyğun məlumatın toplanmasını xarakterizə edir. Bura isə kütlənin hərəkət istiqamətləri, ziyarət etməyi sevdiyi yerlər, alış-veriş etmə vasitələri və s. daxildir.
 

ŞƏRH YAZIN