Şahinlər Və Budaq

0
8228
 Şahinlər  Və Budaq

Bir dəfə kral bir cüt çox gözəl şahin hədiyyə edilir.Onlar kralın ömründə gördüyü ən gözəl quşlar idi və onlar xaricdən gəlmişdi.O,bu qiymətli quşları baş təlimatçıya  onları əhilləşdirmək,təlimatlandırmaq  üçün verdi.Aylar keçdi bir gün təlimatçı krala xəbər verdi ki,bəs quşlardan biri çox məharətlə uçur,səmanın ən yüksək qatlarında süzür,ancaq digər şahin gəldiyindən bəri budağından tərpənmir.Kral şahini bəsləyən bütün sehrbazları,həkimləri çağırdı,ancaq heç biri quşu budağından tərpədə bilmədi.

Bütün şeyləri cəhd edəndən sonra kral öz-özünə düşünməyə başladı”Görünür mənə bu problemin mahiyyətini başa düşən çox yaxın bir insan lazım olacaq”.O saray əhlini çağırdı və “Gedin və fermerləri mənə gətirin”əmrini verdi.
 
Artıq səhər kral şahinin səmada sarayın başı üstündən necə uçmağına baxıb həyacanlanırdı.O,saray əhlinə dedi”Mənə bu möcüzəni edəni gətirin”.Saray əhli tez o adamı gətirdilər.O kralın qabağında dayandı.Kral ondan soruşdu:
- ”Bunu necə edə bildin?”
Baş əyərək adam sözünə başladı:
- ”Kral sağ olsun,bu çox asan idi.Mən sadəcə şahin oturan budağı kəsdim”.
 
Biz də uça bilərik – bir insan kimi bizim inanılmaz potensialımız var.Ancaq bəzi vaxtlarda biz öz budağımızda bizə yaxın olan şeylərə yapışaraq otururuq.Mümkün olanlar sonsuzdur,ancaq o bizim çoxumuz üçün kəşf edilməmiş qalır.Biz öz dünyamıza,rahatlığımıza və yaxın sandığımız şeylərə bağlanırıq.Çox hallarda da bizim həyatımız həyacan,coşğu və həyat dolu olmaq əvəzinə çox adi olur.Gəlin bizim qorxu budağımızı sındıraq və səmada uçmağın həzzini yaşayaq.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN