Çatlaq Səhəng

0
20451
Çatlaq Səhəng

Bir hindli xidmətçinin iki su səhəngi vardı.O,bunları su daşıyanda hər birini bir çiyninə qoyurdu.Bu səhənglərdən birinin içərisi çatlaq idi,ancaq digəri daha sağlam,möhkəm idi və suyu çaydan ustanın evinə kimi tam çatdırırdı.Çatlaq səhəng isə suyun ancaq yarısını çatdıra bilirdi.Beləliklə günlər iki ili əvəz etdi,bu səhəng suyun ancaq yarısını çatdıra bilirdi ustanın evinə.Sağlam olan səhəng isə özünün tam olmağı ilə qürur duyurdu,çünki o,suyu bütöv çatdırırdı.Amma çatlaq səhəng özünün bu qüsuru ilə çox utanırdı,çünki o, onun öhdəsinə düşən işin yarısını edirdi.Bir gün o, çaya gedəndə sahibinə dedi:"Mən öz qüsuruma görə çox utanıram və səndən üzr istəmək istəyirəm"."Niyə?"xidmətçi  soruşdu"Sən nədən utanırsan?"."Mən bu iki ildə ancaq suyun yarısını daşıya bilirdim,çünki mənim içimdə olan çatlaq buna imkan vermirdi,sən də ustaya suyun yarısını daşıyırdın.Mənim bu qüsuruma görə sən etdiyin bütün işlərin qarşılığında az maaş alırdın"səhəng dedi.Su daşıyan bundan çəx təəsüfləndi və mərhəmətcəsinə dedi:"Biz ustanın evinə geri dönəndə sən yol boyunca olan güllərə baxarsan".Onlar təpəni aşanda səhəng yolun bir kənarındə çox gözəl gül sahəsi gördü.Bu onun üzündə gülüş yaratdı.Yolun sonuna kimi o,özünü yenə də pis hiss edirdi,çünki o yenə də suyun yarısını çatdırmışdı.O,yenidən sahibindən üzr istədi.Su daşıyan dedi:"Sən məgər diqqət eləmədin ki,yolun ancaq sən gələn tərəfində güllər vardı,digər tərəfində isə yox?Bu ona görədir ki,mən sənin suyu axıtmağını bilirdim və mən bunun üstün tərəfindən faydalandım.Mən yolun sən olan tərəfinə gül toxumları səpdim və həmişə çaydan gələndə sən onları sulayırdın.Bu iki ildə bu gözəl güllər mənim ustamın evinə xeyli gözəllik verdi.Sən olmasaydın onun evində bu gözəllik də olmazdı.

Nəticə:Bizlərdən hər birimizin özümüzəməxsus qüsurlarımız var.Biz hamımız çatlaq səhəng kimiyik.Bu dünyda heç nə boşuna deyil.Sən də o səhəng kimi fikirləşə bilərsən ki,sənin olduğun yerdə heç bir əhəmiyyətin və faydan yoxdu.Ancaq gizlətdiyin bu qüsur sənin üçün ən xoşbəxt nemət ola bilər.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN